ВИТРЭКТОМИЯ ПРИ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКЕ СЕТЧАТКИ У БОЛЬНЫХ С ВЫСОКИМ РИСКОМ РАЗВИТИЯ ПРОЛИФЕРАТИВНОЙ ВИТРЕОРЕТИНОПАТИИ

Авторы

  • Касимов Э.М.
  • Ахундова Л.А.

Açar sözlər:

torlu qişanın reqmatogen qopması, 23-gauge transkonyuktival vitrektomiya, skleral sirklyaj əməliyyatları, proliferativ vitreoretinopatiya

Xülasə

Məqsəd - torlu qişanın reqmatogen qopmasının proliferativ vitreoretinopatiyanm yüksək yaranma təhlükəsi olan xəstələrdə 23-gauge transkonyuktival tikişsiz cərrahiyəsinin nəticələrinin öyrənilməsi.

Material və metodlar
Bizim mərkəzə 2009-2012-ci illərdə torlu qişanın ilkin reqmatogen qopması diaqnozu ilə müraciət etmiş 79 xəstənin (79 göz) müalicəsi üçün 23-gauge transkonyuktival tikişsiz vitrektomiya (PPV) əlavə skleral sirklyaj (SB) ilə və ya onsuz tətbiq edilmişdir. Endotamponadada isə qaz və ya silikon yağı istifadə edilmişdir. Minimal müşahidə dövrü 3 ay olmuşdur. PPV qrupunda 41 göz, PPV SB ilə qrupunda xəstələrin 38 gözü qeydə alınmışdır.

Nəticə və onların müzakirəsi
PPV və PPV SB ilə (p=0.447) qruplarında uyğun olaraq 80.49% və 86.9% hallarda əməliyyatın ilkin anatomik müvəffəqiyyəti qeyd olunmuşdur. Əməliyyatın son anatomik müvəffəqiyyəti isə PPV qrupunda 85.37 % halda və PPV SB ilə (p=0.061) qrupunda isə 97.37% halda qeydə alınmışdır. Aşağı cırılmaların törətdiyi torlu qişanın reqmatogen qopması üçün əməliyyatın son anatomik müvəffəqiyyəti PPV qrupunda 66.7%, PPV SB ilə (p=0.046) qrupunda isə 100% hallarda müşahidə edilmişdir. PPV 1.48±0.85 logMAR qrupu və PPV SB ilə 1.24±0.77 logMAR (p=0.192) qrupunda son BCVA qeyd olunmuşdur.

Yekun
Beləliklə, aşağı cırılmaların törətdiyi torlu qişanın reqmatogen qopması halında PPV SB ilə birlikdə daha effektiv cərrahiyyə metodu təşkil edir və əməliyyatın ilkin anatomik müvəffəqiyyətini yaxşılaşdırır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

09.12.2014

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Касимов Э.М. and Ахундова Л.А. 2014. ВИТРЭКТОМИЯ ПРИ РЕГМАТОГЕННОЙ ОТСЛОЙКЕ СЕТЧАТКИ У БОЛЬНЫХ С ВЫСОКИМ РИСКОМ РАЗВИТИЯ ПРОЛИФЕРАТИВНОЙ ВИТРЕОРЕТИНОПАТИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 16 (Dec. 2014), 58–65.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 8 9 > >>