ОСОБЕННОСТИ ИЗМЕНЕНИЙ СЛОЯ ПЕРИПАПИЛЛЯРНЫХ НЕРВНЫХ ВОЛОКОН СЕТЧАТКИ У БОЛЬНЫХ САХАРНЫМ ДИАБЕТОМ В ЗАВИСИМОСТИ ОТ ТОЛЩИНЫ РЕШЕТЧАТОЙ ПЛАСТИНКИ СКЛЕРЫ

Авторы

  • Карлийчук М.А.
  • Бездетко П.А.

Açar sözlər:

skleranın xəlbirvari lövhəciyi, periparillyar sinir lifləri qatı, şəkərli diabet

Xülasə

Məqsəd - skleranın xəlbirvari lövhəciyi qalinlığından asılı olaraq şəkərli diabetli (ŞD) xəstələrdə tor qişanın
peripapillyar sinir lifləri qatının dəyişikliklərinin xüsusiyyətlərini təyin etmək.

Material və metodlar
II tipli şəkərli diabetlə 575 xəstə (1150 göz) və 50 sağlam şəxs (50 göz) müayinə olunmuş, orta yaş həddi
55,9±7,8 il təşkil etmişdir. Standart oftalmoloji müayinə metodlarına əlavə olaraq tor qişa və görmə sinirinin
optik koherent tomoqrafiyası yerinə yetirilmişdir. I qrupda ŞD ilə xəstələrdə (78,9% göz) skleranın xəlbirvari
lövhəciyinin cüzi qalınlaşması (<700 mkm); II qrupda (17,6% göz) skleranın xəlbirvari lövhəciyinin orta səviyyədə
qalınlaşması(700-900 mkm) və 3,8 % gözdə - əhəmiyyətli dərəcədə qalınlaşması (>900 mkm) müşahidə edilmişdir.
Peripapillyar sinir lifləri qatının orta qalınlığı və həmin qatın yuxarı (Superior Hemisphere - SH) və aşağı (Inferior
Hemispher - IH) yarısında qalınlığı təhlil edilmişdir.

Nəticə
ŞD xəstələrdə peripapillyar sinir lifləri qatının orta qalınlığının göstəricisi təhlil edilərkən skleranın xəlbirvari
lövhəciyi qalınlığından asılılığı aşkar edilmişdir. Peripapillyar sinir lifləri qatının orta qalınlığının daha aşağı
göstəricisi 3 xəstədə qeydə alınmışdır, hansı ki, müvafiq olaraq 16,3% I qrupda və 64,3% - II qrupda aşağı olmuşdur (p<0,001). Analoji tendensiya tor qişanın peripapillyar sinir lifləri qatının qalınlığının yuxan və aşağı
yarısında müşahidə edilmişdir: əhəmiyyətli dərəcədə skleranın xəlbirvari lövhəciyinin qalınlaşması ilə daha aşağı
orta qalınlıq III qrup xəstələrdə qeydə alınmışdır.

Yekun
Şəkərli diabetli xəstələrdə skleranın xəlbirvari lövhəciyi qalınlığından asılı olaraq görmə sinirinin zədələnməsinin
tomoqrafik xüsusiyyətləri qeydə alınmışdır: sağlam şəxslərin göstəricilərinə müvafiq və yaşa uyğun orta səviyyədə
xəlbirvari lövhəciyin qalınlaşması ilə xəstələrdə peripapillyar sinir lifləri qatının orta qalınlığı 38,9% yuxan,
əhəmiyyətli dərəcədə xəlbirvari lövhəciyin qalınlaşması ilə xəstələrdə isə - 15,5% aşağı olmuşdur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

04.08.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Карлийчук М.А. and Бездетко П.А. 2018. ОСОБЕННОСТИ ИЗМЕНЕНИЙ СЛОЯ ПЕРИПАПИЛЛЯРНЫХ НЕРВНЫХ ВОЛОКОН СЕТЧАТКИ У БОЛЬНЫХ САХАРНЫМ ДИАБЕТОМ В ЗАВИСИМОСТИ ОТ ТОЛЩИНЫ РЕШЕТЧАТОЙ ПЛАСТИНКИ СКЛЕРЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 27 (Aug. 2018), 54–59.