КЛИНИКО-ЭПИДЕМИОЛОГИЧЕСКАЯ ОЦЕНКА УВЕАЛЬНОЙ ПАТОЛОГИИ ЗА ШЕСТИЛЕТНИЙ ПЕРИОД ФУНКЦИОНИРОВАНИЯ МАСАЛЛИНСКОГО РЕГИОНАЛЬНОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОГО ЦЕНТРА ОФТАЛЬМОЛОГИИ ИМЕНИ АКАДЕМИКА З.АЛИЕВОЙ (2008 -2014 гг.)
Açar sözlər:
uveit, epidemiologiya, dispanserizasiyaXülasə
Ədəbiyyatdakı epidemioloji məlumatlar uveitlərin yayılmasında regional fərqlərin olmasını göstərir.
Məqsəd - akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı regional şöbəsinin altı illik dövrü üzrə məlumatlara əsasən cənub regionu şəraitində uveal patologiyanın klinik-epidemioloji qiymətləndirilməsinin aparılması.
Material və metodlar
Hazırkı tədqiqatda 114 pasiyentdə uveal patologiyanın klinik-epidemioloji təhlilinin nəticələri ümumiləşdirilmişdir. Tədqiqat üsulları - klinik-laborator. Tədqiqatların həcminə anamnezin detallı toplanması, oftalmoloji müayinələrin standart kompleksi, spesifik laborator diaqnostika üsulları, yanaşı ixtisaslar üzrə mütəxəssislərin konsultasiyaları daxil edilmişdir.
Nəticələr və müzakirə
Uveal patologiya aşkar olunmuş 114 pasiyentdən 56-sı kişi, 58-i qadın olmuşdur. Pasiyentlərin yaşı 3-84 arası dəyişirdi, əsasən damarlı qişaının zədələnməsi 31-50 yaş arası qeydə alınmışdır. 114 pasiyentdən cəmi 8-i işləyən, 5 tələbə, 4 məktəbli olmuşdur, digər 87 nəfər təqaüdçü və işsiz kimi qeydə alınmışdır. Uveitlərlə pasiyentlərin müraciətinə görə Masallı rayonundan sonra ikinci yerdə Lənkəran, üçüncü yerdə isə Cəlilabad durur. Uveal patologiya ilə pasiyentlərin müxtəlif illərdə (2008-2014) müraciət tezliyi:
2008 - 4 (3,5%); 2009 - 11 (9,6%); 2010 - 19 (16,7%); 2011 - 16 (14%); 2012 - 19 (16,7%); 2013 - 21 (18,4%); 2014 - 24 (21,1%). Ən böyük altqrupu ön uveitlə 61 (53,5%) pasiyent təşkil etmişdir. Xəstəliyin xarakterinə görə 41 (36%) pasiyentdə əlverişli; 47-də (41,2%) xroniki; 26-da (22,8%) residiv verən olmuşdur. Xəstəliyin ən çox yayılması herpesviruslu infeksiyanın fonunda (25,4%), həmçinin birləşdirici toxumanın sistemli xəstəlikləri (25,5%) zamanı qeydə alınmışdır. Xroniki residiv verən uveitin fəsadları 52 (83 göz) pasiyentdə qeydə alınmışdır ki, bu da 45,6% təşkil edir. Geridönməz korluğun səbəbləri sırasında ikincili qalukoma, tor qişanın qopması və göz almasının subatrofiyası olmuşdur.
Yekun
Alınmış nəticələr uveal patologiya ilə pasiyentlərin differensial diaqnostikasının aparılması və son diaqnozun qoyulması zamanı regional fərqlərin nəzərə alınması zəruriliyini sübut edir. Damarlı qişanın iltihabının gedişatının xroniki residiv verən xarakteri, planlı laborator və instrumental müayinələrin aparılmasının zəruriliyi, əsas fon xəstəliyinin mövcudluğu iltihabdan sonrakı ağırlaşmaların və geridönməz korluq hallarının inkişaf riskinin maksimal azalması üçün uveitlərlə pasiyentlərin regional dispanserizasiyasının məqsədəuyğunluğunu göstərir.