ОСОБЕННОСТИ ЦИТОКИНОВОГО ПРОФИЛЯ СЛЕЗНОЙ ЖИДКОСТИ БОЛЬНЫХ ЯЗВОЙ РОГОВИЦЫ ПРИ УСЛОВИИ РАЗНЫХ МЕТОДОВ ХИРУРГИЧЕСКОЙ КОРРЕКЦИИ
Açar sözlər:
Kunt üzrə buynuz qişanın plastikası, keratoksenoplastika, sitokinlərXülasə
Məqsəd – cərrahi korreksiyanın müxtəlif üsulları şəraitində buynuz qişanın xorası olan xəstələrdə göz yaşı mayesində pro- və iltihab əleyhinə sitokinlərin, xüsusən də α şişlərin nekrozu amilinin, 1β və 4 interleykinlərinin səviyyəsini müqayisə etmək.
Material və metodlar
Tədqiqatlar Ternopol universiteti xəstəxanasının oftalmoloji şöbəsi bazasında aparılıb. 2013-2014-cü illər ərzində anamnezlərində gözün xroniki iltihabi və allergik xəstəliyi mövcud olmayan buynuz qişanın xorası ilə 26 pasiyent seçilmişdir. Cərrahi müalicə Kunt tərəfndən işlənib hazırlanmış buynuz qişanın konyunktival plastikasının və ya ksenokeratoplastikanın istifadəsi ilə həyata keçirilmişdir [10]. α-şişlərin nekroz amili (α-ŞNA), interleykin 1β (IL 1β) və interleykin 4 (IL 4) göz yaşı mayesində miqdarı immunoferment metodun köməyi ilə təyin edilmişdir.
Nəticə
Buynuz qişanın xorası olan xəstələrə kriolioflizə olunmuş donuz buynuz qişasının tətbiqi hallarında göz yaşı mayesində pro- və iltihabəleyhinə sitokinlərin konsentrasiyası müşahidənin 21 günündən sonra, praktiki olaraq, norma səviyyəsinə qayıdır, halbuki, Kunt tərəfndən işlənib hazırlanmış buynuz qişanın konyunktival plastikasının tətbiqi, kontrolla müqayisədə α-ŞNA (62,6%) və IL 1β (72,3%) səviyyəsinin yüksəlməsi, həmçinin IL 4 (17,6%) səviyyəsinin enməsi ilə müşayiət olunur.
Yekun
Xoranın tam sağalmasını və transplantatın tədricən sorulmasını, sitokin proflinin pozitiv dinamikasını nəzərə alaraq kriolioflizə olunmuş donuz buynuz qişasının tətbiqi, Kunt tərəfndən işlənib hazırlanmış plastikaya nisbətən, daha effektivdir, buna görə də onu buynuz qişanın xorası olan xəstələrə müalicəvi keratoplastika kimi tövsiyə etmək olar.