ЭКСПЕРИМЕНТАЛЬНЫЕ ИССЛЕДОВАНИЯ ВЛИЯНИЯ МАСЛА СЕЙДАНЫ НА РЕЭПИТЕЛИЗАЦИЮ РОГОВИЦЫ НА МОДЕЛИ ДОЗИРОВАННОЙ ЭРОЗИИ

Авторы

  • Гулиева М.Г.
  • Гашимова У.Ф.
  • Юнусова В.Р.

Açar sözlər:

eksperiment, Seydana yağı, dozalanmış eroziya, reepitelizasiya sürəti

Xülasə

Məqsəd – Seydana yağının yerli istifadəsinin dozalanmış eroziya modelində buynuz qişanın reepitelizasiya sürətinə təsirinin eksperimental tətqiqi.

Material və metodlar
Eksperimental tədqiqatlar çəkisi 2,0-2,5 kq olan şinşilla cinsində 9 dovşan (18 göz) üzərində aparılmışdır. Eksperimental heyvanlarda (dovşanda) Seydana yağının gözün dozalanmış eroziya modelində reepitelizasiya sürətinə təsiririnin öyrənilməsi üçün dovşanlar 3 qrupa bölünmüşdür: i təcrübə qrupu (3 dovşan, 6 göz) instillyasiya şəklində Seydana i yağı almışlar (1/5 həll olunmuş); ii təcrübə qrupu (3 dovşan, 6 göz) həmçinin instillyasiya şəklində Seydana ii yağını almışlar (1/10 həll olunmuş); iii nəzarət qrupu (3 dovşan, 6 göz) instillyasiyasıyasız qalmışdır.

Nəticə
Eksperimental tədqiqatların nəticələri göstərmişdir ki, hər gün 6 dəfə Seydana i və Seydana ii yağı göz damcılarının instillyasiyası dozalanmış eroziya modelində reepitelizasiya sürətinə təsir göstərməmişdir, və müvafq olaraq 5,1±0,2 və 5,4±0,5 sutka təşkil etmişdir (nəticələr statistik əhəmiyyətli fərqlənməmişdir (p >0,05) ), həmçinin nəzarət qrupda 5,3±0,3 sutka təşkil etmişdir (i təcrübə qrupu, ii təcrübə qrupu və nəzarət qrupu ilə müqaisədə nəticələr statistik əhəmiyyətli fərqlənməmişdir (p >0,05)).

Yekun
Beləliklə, Seydana i və Seydana ii göz damcılarının dovşan gözlərində dozalanmış eroziya modelində reepitelizasiya sürətinə təsirinin öyrənilməsi üzrə tədqiqatların nəticələri göstərimişdir ki, bu göz damcılarının tətbiqi təcrübə qruplarda buynuz qişanın reepitelizasiya sürətinə mənf təsir göstərməmişdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

10.05.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Гулиева М.Г. et al. 2018. ЭКСПЕРИМЕНТАЛЬНЫЕ ИССЛЕДОВАНИЯ ВЛИЯНИЯ МАСЛА СЕЙДАНЫ НА РЕЭПИТЕЛИЗАЦИЮ РОГОВИЦЫ НА МОДЕЛИ ДОЗИРОВАННОЙ ЭРОЗИИ. Azərbaycan Oftalmologiya Jurnalı. 26 (May 2018), 63–69.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>