АНАЛИЗ СВЯЗИ СИСТЕМНОГО УРОВНЯ ЭНДОТЕЛИНА, ФАКТОРОВ ГИПОКСИИ И РЕЗУЛЬТАТОВ АНТИ-VEGF ТЕРАПИИ У ПАЦИЕНТОВ С РЕТИНАЛЬНЫМИ ВЕНОЗНЫМИ ОККЛЮЗИЯМИ
Açar sözlər:
endotelin-1, hipoksiya amilləri, anti- VEGF terapiyaXülasə
Məqsəd - endotelin-1 (ET-1) səviyəsinin və hipoksiya amillərinin anti-VEGF terapiya nəticələri ilə əlaqəsinin təhlilini aparmaq.
Material və metodlar
Tədqiqata retinal venoz okklyuziya və makulyar ödem ilə 94 pasiyent (94 göz) daxil edilmişdir. Makulyar
ödemin müalicəsi üçün Novartis kompaniyasının istehsalı olan (İsveçrə) 0,05 ml (0,5 mq) ranibizumab (Lusentis)
preparatı istifadə edilmişdir.
Bütün pasiyentlərə ənənəvi oftalmoloji, həmçinin FAQ, OKT, A-OKT ibarət xüsusi müayinə metodları
aparılmışdır.
İmmunoferment analiz metodu (ELİSA) ilə insanın qan zərdabında ET-1 səviyyəsinin və hipoksiya ilə
induksiyaedilmiş amillərin (HIFla, HIF2a) təyini aparılmışdır.
Nəticə
Tədqiqat müalicədən əvvəl və hər 6 ay 24 ay ərzində aparılmışdır. Bu müddət ərzində 1-8, orta hesabla 3,77 İVV
yerinə yetirilmişdir. Müşahidənin birinci ili ərzində 4-6 inyeksiya, ikinci ildə 2-4 inyeksiya yerinə yetirilmişdir.
Daha çox 3 və ya 6 İVV aparılmışdır. Ranibizumab inyeksiyasından sonra makulyar ödemin hissəvi rezorbsiyası
hesabına artıq birinci dəfədən görmə itiliyi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Prosesin sabitləşməsi müalicə
başlayadan 5 ay sonra qeyd olunmuşdur
Yekun:
1. Anti-VEGF terapiya nəticələrinə endotelial damar disfunksiyasının əsas pattemlərinin (endotelin və
hipoksiya ilə induksiyaedilmiş amilin) təsiri təhlil edilmişdir. Makulyar zonada endotelin-1 səviyyəsi,
perfuziyaedilmiş damarlar sahəsi və qan axını əmsalı arasında əlaqənin olması təsdiq edilmişdir.
2. Endotelin-1 səviyyəsi və perfuziyaedilmiş damarlar sahəsi arasında əks qarşılıqlı korrelyasiya
asılılığı, endotelin-1 səviyyəsi və qan axını əmsalı arasında korrelyasiya asılılığı, HIF2a səviyyəsi və
perfuziyaedilmiş damarlar sahəsi arasında əks korrelyasiya asılılığı aşkar edilmişdir.
3. Müalicədən əvvəl və sonra ET-1 səviyyəsi və görmə itiliyi arasında əks korrelyasiya əlaqəsi aşkar
edilmişdir.