ЛЕЧЕНИЕ АМБЛИОПИИ ВОЗДЕЙСТВИЕМ НА ДВИЖЕНИЯ ГЛАЗ (РЕЗУЛЬТАТЫ ПИЛОТНОГО ИССЛЕДОВАНИЯ)
Açar sözlər:
ambliopiya, göz hərəkətləri, maye-kristallik eynəklərXülasə
Məqsəd – maye-kristallik texnikanın köməyi vasitəsiylə ambliopiyanın müalicəsi imkanlarının öyrənmək.
Material və metodlar
Öncə 3-5 il ərzində ənənəvi pleoptik üsullarla səmərəsiz müalicə almış 5-14 yaş arasında yeksək dərəcəli ambliopiyası olan 15 pasiyent tədqiqatın materialını təşkil etmişdir. Avtonom maye-kristallik eynəklər, “Kapbis” aparat-proqram kompleksi metodlarından istifadə olunmuşdur. Növbələnən təsirin intervalları 300-700 ms arasında olmuşdur.
Nəticə
Bütün pasiyentlərdə görmə itiliyinin yüksəlməsi qeyd edilmişdir: 5 pasiyentdə (I qrup) görmə itiliyi 0,03-dən 0,1-0,2-yə qədər; 4-də (II qrup) – 0,05-dən 0,4-ə qədər, 6 nəfərdə (III qrup) isə – 0,1-0,6-0,7 qədər artmışdır.
Yekun
Ambliopiya zamanı gözlərin hərəkətlərinin parametrlərinin dəyişiklikləri onlarda sensor sistemlə birgə təsirin göstərilməsinin ehtiyacını müəyyən edir. Göz hərəkətlərinin xarakterinə maye-kristallik texnikanın təsiri ambliopiyanın (o cümlədən yüksək dərəcəli ambliopiyanın) müalicəsinin perspektiv istiqamətidir, xüsusən də ənənəvi pleoptik metodların səmərəsiz olması zamanı. Bütün pasiyentlərdə görmə itiliyi göstəricilərinin müsbət dinamikası qeyd olunmuşdur. Maye-kristallik eynəklərlə 300-700 ms verilmiş alternasiya təsirinin zaman intervalları, göz hərəkətlərinin xarakterinə təsir göstərərək, ambliopiyalı uşaqlarda görmə itiliyinin yüksəlməsinə imkan yaradır.