ЭФФЕКТИВНОСТЬ ВКЛЮЧЕНИЯ ОФТАЛЬМОЛОГИЧЕСКИХ НЕЙРОПРОТЕКТОРОВ В КОМПЛЕКСНОЕ ЛЕЧЕНИЕ АМБЛИОПИИ У ДЕТЕЙ
Açar sözlər:
disbinokulyar və refraksion ambliopiya, neyroprotektorlarXülasə
Məqsəd – uşaqlarda ambliopiyanın kompleks müalicəsi zamanı neyroprotektorların instillyasiyasının görmə itiliyinin artmasına effektivliyini öyrənmək.
Material və metodlar
Bizim müşahidəmizin altında disbinokulyar və refraksion ambliopiya ilə 4-12 yaş arası 212 uşaq olmuşdur. Müşahidələr 1,5-2 il ərzində aparılmışdır, müalicə kursları hər 3-4 ay təkrarlanırdı. Müayinə olunan uşaqlar iki qrupa bölünmüşdür: I qrup – disbinokulyar ambliopiya ilə; II qrup – refraksion ambliopiya ilə uşaqlar. Müayinədən keçən bütün uşaqlarda hipermetropik refraksiya qeyd olunmuşdur. I qrupda olan 125 uşaqda (125 göz) sferik hipermetropiya ilə disbinokulyar ambliopiya 72 (72 göz), hipermetropik astiqmatizm ilə 53 uşaq (53 göz) təşkil etmişdir. Uşaqların hər qrupu iki yarımqrupa bölünmüşdür, birində müalicə neyroprotektorların instillyasiyası ilə keçirilirdi, digərində – instillyasiyasız.
Nəticə
Neyroprotektorlarsız müalicə almış xəstələrdən fərqli olaraq, həmin preparatların instillyasiyasını almış hər yarımqrupda görmə itiliyi daha yüksək olmuşdur. Alınan nəticələrin müqayisəli təhlili zamanı hər iki qrupda oftalmoloji neyroprotektorların ambliopik gözlərdə tətbiqinin görmə itiliyinin artmasına yüksək effektivliyi qeydə alınmışdır.
Yekun
Ambliopiyanın kompleks müalicəsində neyroprotektorların tətbiqinin müsbət nəticələri xüsusən 8 yaşına qədər uşaqlarda qeydə alınır. Alınmış məlumatlara əsasən, OMK-1 və OMK-2 neyroprotektorlarının instillyasiyaları həm disbinokulyar, həm də refraksion ambliopiyanın müalicəsində tövsiyə olunur.