НЕКОТОРЫЕ ХОЛИНЕРГИЧЕСКИЕ МЕХАНИЗМЫ ФОРМИРОВАНИЯ АМБЛИОПИЙ У ШКОЛЬНИКОВ НАЧАЛЬНЫХ КЛАССОВ
Açar sözlər:
ambliopiya, perinatal ensefalopatiyaXülasə
Tədqiqat serebral zədələnmələri olan uşaqlarda görmənin bəbək-akkomodasiya, okulomotor, vazomotor
və vestibulyar dəstək mexanizmlərinin adreno-xolinergik münasibətlərinin klinikasını və katamnezini izləmək
məqsədilə aparılmışdır. 10 il ərzində serebral zədələnmələri olan 2000 uşaqda görmə analizatorunun sensomnestik
və optiko-kinetik göstəriciləri yenidogulmuş, südəmər, erkən və məktəbəqədər yaş dövrlərinə adaptasiya olunmuş
alqoritm əsasında ilbəil müayinə olunmuşdur. Bu tədqiqatlarmnəticələri,son3 ildə buuşaqlarsırasındanməktəblilərə
qatılmışlarm 225-də cədvəl vizometriyası və statik refraktometriyanın göstəriciləri ilə zənginləşdirilmişdir.
Alınan nəticələr sübüt etmişdir ki, serebral görmə zədələnmələrinin prognozu sinir sisteminin patologiyasının
pre-, perinatal ensefalopatiya, yaxud beyin qan dövranının kəskin pozulması və ya perinatal toksiko-hipoksik
ensefalopatiya xarakterli olmasından çox asılıdır. Məlum olmuşdur ki, beyin qan dövranının kəskin pozulması
ilə doğulan hər 10 körpənin birində (400 müayinə olunandan 42-də) ilk məktəb illərində ambliopiya qeyd olunur.
Toksiko-hipoksik ensefalopatiya ilə doğulanların hec birində neonatal dövrdə görmə diqqətinin qeyri-adekvatlığı
rast gəlməsə də, klinik təzahürlərlə xolinergik mexanizmlərin irritasiya dərəcəsi arasında xətti müsbət korrelyasiya
aşkar edilmişdir. Bu meyl, əsasən, göz dibi damarlarında və reflector dermoqrahzm göstəricilərində əks olunmaqla,
pleoptik tədbirlərin nəticələrinə mənh təsir göstərir.
Tədqiqatın ən başlıca nəticəsi pre-, perinatal xarakterli zədələnməsi olan körpələrin hamısında, istinasız
olaraq, görmənin sensomnestik dehsitinin südəmər dövrdən aşkar edilməsi və bu halın ən azı ilk məktəb illərinə
qədər tam bərpasının mümkünsüzlüyünün sübut edilməsidir. Son illərdə müəlliflər tərəfindən işlənib hazırlanmış
sxem əsasında Qalidor və Meksidol preparatlarının tətbiqi ilə aparılan müalicə kurslarının görmə afferentasiyası
zəifləmiş uşaqlarda xolinergik irritasiya meylini azaltdığı aşkar edilmiş və bu istiqamətdə tədqiqatlar davam edir.