ОБ УЧАСТИИ ЗРИТЕЛЬНОЙ КОРЫ В РЕГУЛЯЦИИ ПЕРЕКИСНОГО ОКИСЛЕНИЯ ЛИПИДОВ В СЕТЧАТКЕ

Авторы

  • Керимова Н.К.

Açar sözlər:

lipidlərin peroksidləşməsi, görmə qabığı, intensivləşmə, elektroretinoqramma

Xülasə

Məqsəd – görmə qabığının stimullaşdırılmasının tor qişanın müxtəlif adaptasiya vəziyyətində lipidlərin peroksidləşməsinin intensivliyinə təsirini öyrənmək.

Material və metodlar
Təcrübələr bədən cəkisi 2,6-3 kq olan sağlam dovşanlarda aparılıb. Görmə qabığını stimullaşdırmaq məqsədi ilə yüksək tezikli stimullaşdırıcı metodlar (200 impls, 1 V, 1 ms) və anod qütbləşmə metodu (100 mA, 1dəq) istifadə edilmişdir. Görmə siniri nembutal anesteziya altında kəsilmişdir. Elektroretinoqramma UBP-03 biopotensial gücləndirici və elektron ossiloqraf S1-69 vasitəsi ilə qeydə alınıb. Antioksidand olaraq α-tokoferol asetat (vitamin E ) və ionol təcrübədən 18 saat əvvəl yeridilib. Lipidlərin peroksidləmə prosesinin intensivliyini tor qişada malondialdehidin (MDA) səviyyəsinə əsasən mühakimə edilir.

Nəticə
Nəticələrin təhlili zamanı müəyyən olundu ki, görmə qabığının elektronla stimulyasiyası zamanı qaranlığa adaptasiya olunmuş tor qişada MDA əhəmiyyətli dərəcədə artır. Daha ifadə olunmuş effekt görmə qabığının anod qütbləşməsi zamanı müşahidə olundu. Görmə sinirini kəsməklə görmə qabığının təsiri məhdudlaşdıqda qaranlığa adaptasiya şəraitdə tor qişada lipidlərin peroksidləşmə məhsullarının miqdarında kontrol qrupu ilə muqayisədə nəzərə çarpan dəyişiklik olmadı. İşığa adaptasiya şəraitində lipidlərin peroksidləşməsinın aktivliyi kontrol qrupdan yüksək olub. Əldə olunmuş məlumatlar göstərir ki, görmə qabığınınm tor qişada lipidlərin peroksidləşməsinə təsiri işığa adaptasiya şəraitində mümkündür.

Yekun
Aparılmış təcrübələr əsasında görmə qabığı ilə tor qişada lipidlərin peroksidləşməsi arasında əlaqə öyrənilmişdir. Görmə qabığının stimullaşdırılması tor qişada lipidlərin peroksidləşməsini gücləndirir ki, nəticədə retinanın elektrik aktivliyi zəifəyir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

04.07.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Керимова Н.К. 2017. ОБ УЧАСТИИ ЗРИТЕЛЬНОЙ КОРЫ В РЕГУЛЯЦИИ ПЕРЕКИСНОГО ОКИСЛЕНИЯ ЛИПИДОВ В СЕТЧАТКЕ. Azərbaycan Oftalmologiya Jurnalı. 24 (Jul. 2017), 42–47.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>