ВЛИЯНИЕ РЯДА ФАКТОРОВ НА ПРОГРЕССИРОВАНИЕ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ У БОЛЬНЫХ С МЕТАБОЛИЧЕСКИМ СИНДРОМОМ
Açar sözlər:
diabetik retinopatiya, metabolik sindrom, bədən-kütlə indeksi, arterial təzyiq, qlikohemoqlobinXülasə
Aparılan tədqiqatın məqsədi metabolik sindromun komponetnlərinin metabolik sindromu olan 2-ci tip şəkərli diabet xəstələrində diabetik retinopatiyanın inkişafına təsirini öyrənməkdir. Tədqiqat aparılan xəstələr 2 qrupa bölünmüşdür. 1-ci qrupa - 115 2-ci tip şəkərli diabet metabolik sindromlu xəstə, 2-ci qrupa - 45 2-ci tip şəkərli diabet metabolik sindromu olmayan xəstə daxildir. Metabolik sindrom diaqnozu ÜST-nın kriteriləri əsasında qoyulmuşdur. Tədqiqat qrupunda olan xəstələr aşağıdakı oftalmolojı müayinələrdən keçmişdir: viziometriya, tonometriya, biomikroskopiya, oftalmoskopiya, fluorestent angioqrafiya. 1-ci qrupda 42 xəstə (84 göz) və 2-ci qrupda 17 (34 göz) xəstədə diabetik retinopatiyanın müxtəlif formaları müşahidə olunmuşdur. Tədqiqatın nəticələri göstərmişdir ki, 1-ci qrupda diabetik retinopatiya və bədən-kütlə indeksi arasında müsbət korrelyasiya, nəzarət qrupunda isə mənfi korrelyasiya qeyd olunur. 2-ci qrupa diabetik retinopatiyanın və sistolik arterial təzyiq, qlikohemoqlobin arasında müsbət korrelyasiya müşahidə olunmuşdur.