СОВРЕМЕННЫЕ ПРЕДСТАВЛЕНИЯ О ПАТОГЕНЕЗЕ ПРОЛИФЕРАТИВНОЙ ДИАБЕТИЧЕСКОЙ РЕТИНОПАТИИ С ПОЗИЦИИ ОСНОВНЫХ НАПРАВЛЕНИЙ ЛЕЧЕБНЫХ МЕРОПРИЯТИЙ (ОБЗОР ЛИТЕРАТУРЫ)
Açar sözlər:
diabetik retinopatiya, oksidativ stress, hematooftalmik baryerXülasə
Məqalə proliferativ diabetik retinopatiyanın müalicə tədbirlərinin əsas istiqamətləri baxımından patogenezin müasir təffərüatlarını əks etdirən ədəbiyyat icmalından ibarətdir. Şəkərli diabet (ŞD) xəstəliyin yayılması və ağırlaşmaların əmələ gəlməsi baxımından səhiyyənin ciddi problemlərindən biri olub, əlilliklə nəticələnən xəstəlikdir. Ümumdünya səhiyyə təşkilatının (ÜST) son məlumatına görə, hal-hazırda dünyada 422 milyona yaxın şəkərli diabetli xəstə vardır. Gözün zədələnməsi ilə müsahidə olunan ən ağır forma proliferativ diabetik retinopatiyadir (PDR) ki, sonuncunun patogenezində normal qlikemiyanın, hematooftalmik baryerin, lipidlərin peroksid yolla oksidləşməsinin, VEGF faktorunun tarazlığının pozulmasının böyuk əhəmiyyəti vardır. Müalicə üsulunun seçimi xəstəliyin kliniki gedişindən, diabetin agırlığından, müddətindən, xəstənin yaşından, damar ağırlaşmalarının olub – olmamasından asılı olaraq hər xəstə üçün fərdi aparılmalıdır. Beləliklə, PDR özünü kompleks mürəkkəb patoloji proseslərlə, neovaskulyarizasiya, proliferativ toxumanın inkişafı, torlu qişanın lokal və total qopmasına səbəb olan şüşəvari cismin struktur dəyişikliyi ilə təqdim edir.