КЛИНИКО-ФУНКЦИОНАЛЬНЫЕ РЕЗУЛЬТАТЫ ХИРУРГИЧЕСКОГО ЛЕЧЕНИЯ РЕГМАТОГЕННЫХ ОТСЛОЕК СЕТЧАТКИ С ПРИМЕНЕНИЕМ СПОСОБА ПЕРИБАЗАЛЬНОЙ ВИТРЭКТОМИИ
Açar sözlər:
vitrektomiya, şüşəvari cismin arxa kortikal qatlarıXülasə
Məqsəd - şüşəvari cismin arxa kortikal qatlarının yeni üsulla xaric olunmasının tətbiqilə gözün tor qişasının qopmasının cərrahi malicəsinin effektivliyini artırmaq
Material və metodlar
Tədqiqata torlu qişanın total və ya subtotal qopması ilə 74 xəstə daxil olmuşdur. Xəstələr 2 qrupa bölünmüşdür. Əsas qrupa daxil olan xəstələrdə vitrektomiya şüşəvari cismin əsasında, bütun perimetr boyunca aparılmışdır. Şüşəvari cismin arxa kortikal qatları perferiyadan mərkəzə doğru soyulmuşdur. Kontrol qrupda vitrektomiya və şüşəvari cismin arxa kortikal qatlarının soyulması ənənəvi üsulla aparılmışdır.
Nəticə
Əməliyyatların gedişində ağırlaşmalar qeydə alınmamışdır. Əməliyyatların nəticəsinin müqayisəli analizi göstərdi ki, peribazal vitrektomiyanın tətbiqi zamanı torlu qişanın anatomik bərpası 89%, ənənəvi üsulun tətbiqi zamanı 73% oldu.
Yekun
Mikroinvaziv vitreoretinal əməliyyatlarda sözügedən üsulun tətbiqi, şüşəvari cismin arxa kortikal qatlarını maksimal xaric etməyə imkan verir, bununla da torlu qişanın qopmasının residivlərini azaldır.