АНАЛИЗ СКОРОСТИ ЭМУЛЬСИФИКАЦИИ СИЛИКОНОВОГО МАСЛА В ВИТРЕАЛЬНОЙ ПОЛОСТИ
Açar sözlər:
silikon yağ, vitrektomiya, emulsifkasiyaXülasə
Məqsəd – fundusskopiya və optik koherent tomoqrafya (OKT) müayinə üsüllarını istifadə edərək, vitreoretinal əməliyyatlardan sonra silikon yağının emulsifkasiyasının inkişaf müddətini və lokalizasiyasını təhlil etmək.
Material və metodlar
Vitreal boşluğun silikon yağla tamponadası ilə arxa vitrektomiya əməliyyatı olunan 31 pasiyentin (32 göz) təhlili aparılmışdır. Onlardan 25 gözdə proliferativ diabetik retinopatiya, 7 gözdə isə tor qişanın qopmasına görə əməliyyat aparılmışdır. Pasiyentlərin orta yaş həddi 55,85±9,5 (30-71 yaş arası) olmuşdur. Bütün pasiyentlərə arxa hialoid membranın kənar edilməsi, membranektomiya və proliferativ diabetik retinopatiya zamanı daxili hüdudi membranın pilinqi ilə, endolazerkoaqulyasiya ilə, həmçinin vitreal boşluğun 1000 cs qatlıqlı silikon yağla tamponadası ilə pars plana vitrektomiya əməliyyatı aparılmışdır. Silikonun emulsifkasiyası sürətinin qiymətləndirilməsi üçün vitreal boşluğun tamponadasından bir, üç və altı ay sonra biomikroskopiya və göz dibinin şəklinin çəkilməsi, eləcə də OKT metodlarından istifadə olunmuşdur.
Nəticə
Altı ay müşahidə müddətində 32 gözdən 21-də (65,6%) silikonun emulsifkasiyası aşkar edilmişdir. Bununla belə 1 aydan sonra emulsifkasiya 5 (15,6%), 3 aydan sonra – 12 (37,5%) və 6 aydan sonra 21 gözdə (65,6%) müşahidə olunmuşdur. Silikonun emulsifkasiya ilə gözdaxili təzyiqin artması 21 gözdən 9-da (28,1%) qeyd edilmişdir. Bizim tədqiqatda emulsifkasiya olunmuş silikon ilk dəfə vitreal boşluqda, xüsusən də görmə siniri və epiretinal membranlar nahiyyəsində aşkar edilmişdir. Gözün ön kamerasında silikon yalnız 10 gözdə tamponadan 6 ay sonra aşkarlanmışdır. Biomikroskopik göstəriciləri spektral OKT ilə müvafq nahiyyələrdə xarakter xırda hiperrefektiv törəmələri kimi təsdiqlənmişdir. Silikon yağın kənar edilməsi GDT enməsinə şərait yaratmamışdır. GDT-in normalizasiyası yerli hipotenziv preparatların tətbiqi ilə əldə edilmişdir.
Yekun
Silikon yağın emulsifkasiyası ehtimalı onun vitreal boşluqda uzun müddət olması ilə yüksəlir. Emulsifkasiya olunmuş silikon yağı daha tez gözün arxa qütbündə (epiretinal membranlar və görmə siniri diski nahiyyəsində) aşkarlanır. Orada onu biomikroskopiya və spektral OKT vasitəsi ilə müəyyən etmək mümkündür. Emulsifkasiya olunmuş silikon yağının gözün müxtəlif strukturlarında erkən aşkarlanması, mümkün fəsadların inkişafının qarşısını almaq məqsədi ilə, onun vaxtında kənar edilməsi və yaxud əvəz edilməsi məqsədilə vacibdir.