ХАРАКТЕР КЛИНИЧЕСКИХ ПРОЯВЛЕНИЙ ОЖОГОВ ГЛАЗ У ПАЦИЕНТОВ С РАЗЛИЧНЫМ ФЕНОТИПОМ АЦЕТИЛИРОВАНИЯ
Açar sözlər:
göz yanıqları, asetil törədici fenotipXülasə
Məqsəd – asetilləşdirilmə fenotipindən asılı olaraq kimyəvi yanıqlar zamanı görmə orqanının zədələnməsinin kliniki gedişatının xarakterinin öyrənilməsi, diaqnostikası və terapiyasına yanaşmaların təkmilləşdirilməsi.
Material və metodlar
Özbəkistan SN-nin Respublika kliniki oftalmoloji xəstəxanasına ilkin müraciət zamanı, müraciətdən sonra terapiya mərhələlərində - 2, 5, 7, 12-ci gündə və aktiv dispanserizasiya zamanı xəstəxanadan çıxdırdan sonra 30-cu gündə və 4-cü ayında göz yanıqları ilə 103 xəstə (141 göz) müayinə edilmişdir. Həmçinin göz yanığı zədəsindən sonra 1-2 il keçdikdən sonra, gecikmiş yanıqdan sonrakı fəsadların aşkarlanması və asetilləşdirilmə fenotipi nəzərə alınaraq onların interpretasiyası məqsədi ilə 44 pasiyent müayinə edilmmişdir.
Nəticə
Müayinə olunmuş şəxslərin ümumi sayından (141 zədələnmiş göz) – 52 xəstədə (69 göz) – asetilləşdirilmə fenotipin süst tipi, və 51 xəstədə (72 göz) – sürətli asetil törədici tip olmuşdur. Aparılan tədqiqatların nəticələri süst asetilləşdirilmə fenotipi olduqda yanıqlar zamanı göz toxumalarında daha dərin, müalicəyə çətin tabe olan destruktiv pozulmaların inkişafının baş verdiyini birmənalı təsdiq etməyə şərait yaradır. Sürətli asetil törədici tip olduqda gələcəkdə tez bir zamanda prosesin normallaşmasına gətirib çıxaran daha az ifadə edilmiş dəyişikliklər olmuşdur.
Yekun
Asetilləşdirilmə fenotip göz yanıqları zamanı gedişatın xarakterini, fəsadların ağırlığını və inkişaf riskini müəyyən edir. Sürətli asetil törədici fenotip göz toxumalarında patoloji dəyişikliklərin daha tez reqressiyasına dair proqnostik marker kimi xidmət göstərə bilər, süst gedişli asetil törədici fenotip ənənəvi terapiyaya çətin tabe olan, daha ağır və uzun sürən fəsadların inkişafı ilə şərtlənir.