КОМПЛЕКСНАЯ АНТИОКСИДАНТНАЯ ТЕРАПИЯ ПРИ ОЖОГАХ ОРГАНА ЗРЕНИЯ

Авторы

  • Керимов К.Т.
  • Агаев М.М.
  • Керимова Н.К.
  • Гусейнова А.А.
  • Мирсакулова Л.Н.

Açar sözlər:

göz yanıqları, antioksidantlar, lipidlərin peroksidləşməsi, gözyaşının və qan plazmasının antioksidant fəaliyyəti

Xülasə

İşin məqsədi. 3 dərəcəli göz yanıqlarının müxtəlif mərhələləri zamanı işlənib hazırlanmış kompleks antioksidant
terapiyanın effektivliyini və həmçinin bu pasiyentlərdə göz yaşı və qan plazmasımn antioksidant aktivliyinin onun
vəziyyətinə təsirini öyrənmək.

Material və metodlar
Müşahidə altında 3 dərəcəli göz yanıqları ilə 60 pasiyent (əsas qrup) və nəzarət qrupunu
təşkil edən 3 dərəcəli göz yanıqları ilə 64 pasiyent olmuşdur. Xəstələrin yaşı 15-68 yaş arası olmuşdur.
Antioksidant terapiya digər antiolcsidantlardan ibarətdir: histoxrom, qinkqo-biloba, dikvertin, lipa turşusu,
peftoran, ayevit, vitamin E, a-tokoferol, askorbin turşusu.
Gözün ön kəsiyinin sərbəst radikal oksidləşmə səviyyəsi (SRO) və göz yaşının antioksidant aktivliyi
xemilüministent metodla tədqiq edilmiş, bütün orqanizmin SRO səviyyəsini müəyyən etmək üçün isə qan
plazmasımn antioksidləşdirici potensialı və tiobarbitur turşusunun aktiv məhsulu - malon dialdegidinin (MDA)
tərkibi öyrənilmişdir.

Nəticə və müzakirələr
Təbii histoxrom antioksidantı, qinkqo-biloba, lipa turşusu, A, S, E, P vitaminləri və
20% peftoran emulsiya məhlulunu birləşdirən kompleks antioksidant müalicə metodu işlənib hazırlanmış və klinik
təcrübədə tətbiq edilmişdir.
Göz yaşı və qan plazmasımn antioksidant aktivliyinin xemilüministent metodla öyrənilməsi, müalicə zamanı
onun dəyişiklik dinamikasına müşahidə etməyə imkan vermiş, daha effektiv antidoksidantlarm seçilməsinə şərait
yaratmışdır, bu da dərman vasitələrlə müalicənin effektivliyini optimallaşdırmağa yol vermişdir.
3 dərəcəli göz yanıqları ilə xəstələrin funksional nəticələrinin müqayisəli təhlili, kompleks antioksidant
müalicənin ənənəvi iltihaba qarşı dərman vasitələrinin istifadəsi ilə birgə aparılmasının effektivliyini göstərmişdir.
Bunun nəticəsində əsas qrupda 90%, nəzarət qrupunda isə 42,2% hallarda görmə itiliyinin 0,1-0,5 artması təmin
olunmuşdur.

Yekun
Belə ki, yanıq xəstəliyin bütün mərhələlərində antioksidant müalicənin tətbiqi lipidlərin sərbəst
radikal oksidləşdirilməsini və perolcsidləşməsini neytrallaşdırır, göz yaşının, qan plazmasımn antioksidləşdirici
potensialını artırır, buynuz qişasının epitel təbəqəsinin regenerasiyasmı sürətləndirir, göz toxumalarında iltihab və
distrofiyalı prosesin intensivliyinin qarşısını alır, fəsadların sayını azaldır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

09.12.2012

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Керимов К.Т. et al. 2012. КОМПЛЕКСНАЯ АНТИОКСИДАНТНАЯ ТЕРАПИЯ ПРИ ОЖОГАХ ОРГАНА ЗРЕНИЯ. Azərbaycan Oftalmologiya Jurnalı. 10 (Dec. 2012), 34–42.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>