ИССЛЕДОВАНИЕ ВЛИЯНИЯ МАСЛА СЕЙДАНЫ НА НОРМАЛЬНЫЕ ФИЗИОЛОГИЧЕСКИЕ ФУНКЦИИ ГЛАЗА В ЭКСПЕРИМЕНТЕ
Açar sözlər:
eksperiment, Seydana yağı, gözün normal fzioloji funksiyalarıXülasə
Məqsəd - seydana yağının yerli tətbiqi nəticəsində dovşan gözlərinin normal fzioloji funksiyalarının eksperimental tətqiqi.
Material və metodlar
Eksperimental tədqiqatlar çəkisi 2,0-2,5 kq olan şinşilla cinsində 9 dovşan (18 göz) üzərində aparılmışdır. Eksperimental heyvanlarda qara zirə yağının gözün normal fzioloji funksiyalarına təsirirnin öyrənilməsi üçün tomometriya, pupillometriya, sensometriya aparılmışdır. Dovşanlar 3 qrupa bölünmüşdür: I təcrübə qrupu (3 dovşan, 6 göz) instillyasiya şəklində Seydana I yağı almışlar (1/5 həll olunmuş); II təcrübə qrupu (3 dovşan, 6 göz) həmçinin instillyasiya şəklində Seydana II yağını almışlar (1/10 həll olunmuş); III nəzarət qrupu (3 dovşan, 6 göz) instillyasiyasız qalmışdır.
Nəticə
Eksperimental tədqiqatların nəticələri göstərmişdir ki, 30 sutka ərzində hər gün 6 dəfə Seydana I və Seydana II yağı göz damcılarının instillyasiyası gözdaxili təzyiqə təsir göstərməmişdir və müvafq olaraq 18,5±0,2 və 17,5±0,3 təşkil etmişdir. Gündə 6 dəfə Seydana I və Seydana II göz damcılarının instillyasiyasından 30 sutka sonra pupillometriya zamanı həm üfqi, hə də şaquli meridianlarda bəbək ölçülərinin orta göstəricisi normadan statistik əhəmiyyətli fərqlənməmişdir (p >0,05). 63 ORİJİNAL MƏQALƏLƏR 2017/3 (25) Seydana I və Seydana II göz damcılarının dovşanların buynuz qişası həssaslığına təsirinin öyrənilməsi üzrə tədqiqatların nəticələri göstərimişdir ki, bu göz damcılarının 1 ay ərzində tətbiqi həm təcrübə, həm də kontrol qruplarda buynuz qişa həssaslığını aşağı salır.
Yekun
Beləliklə, aparılmış eksperimental tədqiqatlar nəticəsində təsdiq olunmuşdur ki, 30 sutka ərzində hər gün 6 dəfə Seydana I və Seydana II yağı göz damcılarının instillyasiyası gözdaxili təzyiqə, bəbək ölçülərinə təsir göstərmir və gözün buynuz qişası həssaslığını aşağı salmır.