BAŞ-BEYİN ƏMƏLİYYATINDAN SONRA BEŞ İL ƏRZİNDƏ GÖRMƏ FUNKSİYALARININ DƏYƏRLƏNDİRİLMƏSİ (KLİNİK HAL)
Açar sözlər:
görmə funksiyaları, baş-beyin əməliyyatları, göz müayinələriXülasə
Baş-beyin əməliyyatlarından sonra görmə funksiyalarında rast gəlinən fəsadlar diqqətdən kənar qalmamalıdır. Mövcud tədqiqatlar göstərir ki, baş-beyin zədələnməsindən əziyyət çəkən xəstələrin təxminən 80%-i görmə problemləri ilə mübarizə aparır. Bu mübarizədə aparılan düzgün göz müayinələri həm oftalmoloji həm də nevroloji statusun dəyərləndirilməsində kömək edir. Baş-beyin əməliyyatlarından daha çox rastlaşdığımız baş-beyin törəmələri və travmalar zamanı aparılan əməliyyatlardır. Bu əməliyyatlardan əvvəl və sonra oftalmoloq tərəfndən görmə itiliyi, RAPD (Relative Aferent Pupillary Defect), periferik və binokulyar görmə, rəng duyğusu təyini kimi rutin müayinələr eyni zamanda oprik koherent tomoqrafya (OKT) müayinələri aparılmalıdır. Məqalədə baş-beyin törəməsi aşkarlanan 17 yaşlı qadın xəstənin əməliyyatdan əvvəl və sonrakı dövrdə görmə funksiyalarında gedən dəyişikliklər təsvir edilmişdir. Xəstədə ilkin müayinələr zamanı görmə itiliyində azalma, görmə siniri diskində (GSD) ödem müşahidə olunmuşdur. Xəstədə törəmənin xaric edilməsi ilə gedən baş-beyin əməliyyatı icra olunmuş, xəstəliyin ağırlığını nəzərə alınaraq 5 il müddətində nəzarətdə saxlanılmışdır.