17-ЛЕТНИЙ ОПЫТ ПРИМЕНЕНИЯ МОДИФИЦИРОВАННОЙ ЛАЗЕРЦИКЛОКОАГУЛЯЦИИ У ПАЦИЕНТОВ С СОХРАННЫМИ ЗРИТЕЛЬНЫМИ ФУНКЦИЯМИ

Авторы

  • Егоров А.Е.
  • Кац Д.В.
  • Баева Н.Г.

Açar sözlər:

birincili açıqbucaqlı qlaukoma, qlaukomalı optik neyropatiya, neyroretinoproteksiya, trofk modifkasiya olunmuş lazerkoaqulyasiya

Xülasə

Məqsəd – qorunmuş görmə funksiyaları (QGF) ilə və trofk modifkasiya olunmuş lazerkoaqulyasiyadan sonra (tMLK) kompensasiya edilmiş gözdaxili təzyiq ilə birincili açıqbucaqlı qlaukomalı (BABQ) pasiyentlərdə görmə funksiyaları dinamikasının qiymətləndirilməsi.

Material və metodlar
Tədqiqata inkişaf etmiş və ifrat inkişaf etmiş açıqbucaqlı qlaukoma ilə və kompensasiya edilmiş oftalmotonus ilə 67 xəstə (97 göz) daxil olunmuşdur. Bütün xəstələrə ümumi müayinə aparılmışdır: şikayyətlərin, xəstəlik və həyat anamnezinin yığımı, həmçinin vizometriya, tonometriya, biomikrooftalmoskopiya, periferik testin və mərkəzi kəndar testin istifadəsi ilə avtomatik statik perimetriyadan ibarət kompleks oftalmoloji müayinə aparılmışdır. Tədqiqatlar dinamikada aparılmışdır: müalicədən əvvəl, tMLK-dan 5 gün sonra, tMLK-dan 1 ay sonra və tMLK-dan 5 ay sonra. Trofk modifkasiya olunmuş lazerkoaqulyasiya iki mərhələdən ibarətdir: yüksək keçiriciliyə malik hematooftalmik baryer (HOB) zonalarının yaradılması və preparatın bu nahiyəyə yeridilməsi.

Nəticə
Trofk modifkasiya olunmuş lazerkoaqulyasiyadan sonra kompensasiya edilmiş BABQ və QGF ilə xəstələrdə görmə sahəsi vəziyyətinin yaxşılaşması, həmçinin pasiyentlər tərəfndən qeyd olunan təsvirin kontrastlığının subyektiv güclənməsi müşahidə edilmişdir.

Yekun
Alınmış nəticələr kompensasiya edilmiş BABQ və QGF ilə pasiyentlərdə neyroretinoprotektor terapiya kimi tMLK-nın istifadəsinin təhlükəsizliyi və perspektiv olduğunu göstərir, bu da hematooftalmik baryeri keçərək gözün arxa seqmentinin əlçatmayan strukturlarına preparatın sabit və eyni bərabərlikdə daxil olunmasını təmin edir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

10.05.2018

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Егоров А.Е. et al. 2018. 17-ЛЕТНИЙ ОПЫТ ПРИМЕНЕНИЯ МОДИФИЦИРОВАННОЙ ЛАЗЕРЦИКЛОКОАГУЛЯЦИИ У ПАЦИЕНТОВ С СОХРАННЫМИ ЗРИТЕЛЬНЫМИ ФУНКЦИЯМИ. Azərbaycan Oftalmologiya Jurnalı. 26 (May 2018), 70–74.