РЕЗУЛЬТАТЫ ПРИМЕНЕНИЯ КОМБИНИРОВАННОГО МЕТОДА ФОТОМИОСТИМУЛЯЦИИ И ФОСФЕНЭЛЕКТРОСТИМУЛЯЦИИ В ЛЕЧЕНИИ БОЛЬНЫХ ВТОРОЙ СТАДИЕЙ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ

Авторы

  • Путиенко В.А.
  • Пономарчук В.С.

Açar sözlər:

fotomiostimulyasiya, fosfenelektrostimulyasiya, açıqbucaqlı qlaukoma

Xülasə

Məqsəd – kompensəolunmuş gözdaxili təzyiq ilə ikinci mərhələli birincili açıqbucaqlı qlaukomalı xəstələrin müalicəsində fotomiostimulyasiya və fosfenelektrostimulyasiya kombinəolunmuş metodunun effektivliyini qiymətləndirmək.

Material və metodlar
İkinci mərhələli birincili açıqbucaqlı qlaukomalı 24 xəstə müayinədən keçmişdir. Müalicə metodu 10 dəqiqə ərzində fosfenelektrostimulyasiya (FES) seansı və 10 dəqiqə ərzində fotomiostimulyasiya seansından ibarət olmuşdur. Seanslararası fasilə 20 dəqiqə təşkil etmişdir. Ümumi müalicə kursu 10 seansdan ibarət olmuşdur. FES seansının keçirilməsi üçün hər bir konkret halda fosfen üzrə elektrik həssaslığı hüdudunun ilkin səviyyəsinə nisbətən cərəyan gücünün qiyməti fərdi olaraq seçilirdi. Fotomiostimulyasiya xaotik rejimində pasiyent üçün optimal impulsun dəyişmə tezliyi zamanı skotopik şəraitdə keçirilmişdir.

Nəticə
Müalicədən sonra gözün funksional hərəki sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır (impulsun dəyişmə tezliyi hər üç rejimdə müalicədən sonra əhəmiyyətli dərəcədə artmışdır və normadan fərqlənməmişdir). Görmə analizatorunun funksional aktivliyi artmışdır. Belə ki, fosfen üzrə elektrik həssaslığı hüdudu 17,4% enmişdir, fosfen üzrə 1,5 və 3 rejimində sayrışmaların itməsinin kritik tezliyinin göstəriciləri müvafq olaraq 8,7% və 4,1% artmışdır, tor qişanın işığa həssaslığının normadan kənara çıxması 13,9% enmişdir, yekun görmə sahəsinin 12,0% artmı ilə tor qişanın bütün müəyyən edilmiş hüdudi göstəriciləri üzrə işığa həssaslığı 12,5% yüksəlmişdir. Həmçinin göz almasının hidrodinamikası yaxşılaşmışdır. Belə ki, Bekker əmsalının 20,2% azalması və sulu mayenin yaranma sürətinin 31,0% yüksəlməsi ilə axının asanlıq əmsalı 23,5% artmışdır.

Yekun
Beləliklə, təklif edilmiş müalicə metodu görmə analizatorunun funksional aktivliyinin və pasiyentlərin həyat keyfyyətinin yaxşılaşdırılması məqsədi ilə ikinci mərhələli birincili açıqbucaqlı qlaukoma ilə xəstələrdə müalicə tədbirləri kompleksinə daxil edilə bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.01.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Путиенко В.А. and Пономарчук В.С. 2017. РЕЗУЛЬТАТЫ ПРИМЕНЕНИЯ КОМБИНИРОВАННОГО МЕТОДА ФОТОМИОСТИМУЛЯЦИИ И ФОСФЕНЭЛЕКТРОСТИМУЛЯЦИИ В ЛЕЧЕНИИ БОЛЬНЫХ ВТОРОЙ СТАДИЕЙ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМЫ. Azərbaycan Oftalmologiya Jurnalı. 23 (Jan. 2017), 103–109.