ПРИМЕНЕНИЕ ИРРИГАЦИОННОЙ КАНЮЛИ «ВИЛКА» В ХИРУРГИИ ОСЛОЖНЕННОЙ КАТАРАКТЫ
Açar sözlər:
fəsadlaşmış katarakta, rigid dar bəbək, birincili açıqbucaqlı qlaukoma, irriqasion kanüləXülasə
Məqsəd – fəsadlaşmış kataraktanın cərrahiyyəsində rigid bəbək zamanı intra- və əməliyyatdan sonrakı fəsadların proflaktikası üçün modifkasiya edilmiş irriqasion kanülənin tətbiqi.
Material və metodlar
Əsas qrupa 30 pasiyent (30 göz) daxil edilmişdir. Həmin qrup pasiyentlərə rigid, dar bəbəyin genəldilməsi məqsədi ilə intraoperasion olaraq bizim tərəfmizdən modifkasiya edilmiş “Çəngəl” irriqasion kanülə (patentin alınması üçün U 2016 3014 АР №-li ərizə) tətbiq edilmişdir. Kontrol qrupunu kataraktanın cərrahiyyəsi zamanı qarmaqcıq şəklində iris-retraktor tətbiq olunmuş 22 pasiyent (22 göz) təşkil edilmişdir.
Nəticə
Tədqiqatın nəticələri əməliyyat zamanı, erkən əməliyyatdan sonrakı (2 aya qədər) və uzaq əməliyyatdan sonrakı dövrdə (1-ci ilin sonunda) qiymətləndirilmişdir. Əsas qrupda əməliyyat zamanı 4 pasiyentdə (13,3%), kontrol qrupda isə 11 pasiyentdə (41%) gifema müşahidə edilmişdir. Sinexiya olmayan pasiyentlərdə gifema müşahidə edilməmişdir. Erkən əməliyyatdan sonrakı dövrdə (1-ci həftə) əsas qrup pasiyentlərin 2-də və kontrol qrup pasiyentlərin 6-da 1-2 mm gifema qeydə alınmışdır. Əməliyyatdan sonrakı uzaq dövrdə (12 aydan sonra) əsas qrup pasiyentlərin hamısında bəbək girdə, diametri 3-4 mm, görmə itiliyi isə 0,7-0,8 D olmuşdur. Kontrol qrupda 3 pasiyentdə bəbək kənarının yarılması, 14-də - işığa reaksiyanın olmaması ilə qeyri-düzgün formada bəbək müşahidə edilmişdir; görmə itiliyi 0,4-0,6 D olmuşdur.
Yekun
Dar rigid bəbəklə kataraktanın cərrahiyyəsində tərəfmizdən təklif olunmuş “çəngəl” irriqasion kanülənin tətbiqi zamanı bir neçə alətlərin istifadəsi ilə büllur kütlələrinin mövcudluğunu aşkar etmək üçün kapsula kisəsinin tədqiqinə - əlavə manipulyasiyaların keçirilməsinə ehtiyac qalmır. Bu da öz növbəsində çox zəhmət tələb etmir, aztravmatikdir, eləcə də əməliyyat vaxtını qısaldır.