РАЗРЕШЕНИЕ ВРОЖДЕННОЙ ОБСТРУКЦИИ НОСОСЛЕЗНОГО ПРОТОКА
Açar sözlər:
nazolakrimal kanalın anadangəlmə obstruksiyası, konyunktiva boşluğun və nazolacrimal kanalın microbiotasının əkinin bakterioloji təhqiqiXülasə
Məqsəd – 4-10 aylıq uşaqlarda burun göz yaşı kanalının anadangəlmə obstruksiyasının qeyri cərrahi yolla aradan qaldırılmasının tezliyinin müəyyənləşdirilməsi.
Material və metodlar
İşin akad. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində aparılması əsnasında 2015-ci ilin sentyabrından 2016-cı ilin sentyabrınadək müalicədə olmuş burun göz yaşı kanalının anadangəmə obstruksiyası olan 65 xəstənin ambulator kartının retrospektiv analizi aparılmışdır. Uşağın cinsi, nazolakrimal kanalın obstruksiyasının aşkar olunma yaşı, klinik təzahürləri, prosesin xarakteri (1 və ya 2 tərəfi olması); uşağın konyukktivasından yaxmanın analizi və nəticələri və aparılan terapiyanın nəticə təhlili qeydə alınıb.
Nəticə
4.0 – 10.0 ay arası (orta yaş 7,8±0,2 aylıq ) 65 xəstə (84 göz) ölkəmizin regionlarındakı və şəhər poliklinikalarından bizim Mərkəzə pediatrik oftalmoloqlar tərəfndən burun göz yaşı kanalının zondlanması üçün göndərilmişlər. Xəstələrin 34 (52.3%) oğlandır. Uşaqların çoxunda 32 xəstə (49.2%) proses soltərəfi, daha az 19 xəstədə (29.2%) proses sağtərəfi, 14 xəstədə isə (21.5%) ikitərəfi olmuşdur. Bütün xəstələrə konyunktival yaxmanın və yaş kisəsi mohtəviyyatının bakterioloji müayinəsi aparılmış. Koaqulopozitiv statilokoklardan yaş kanalında Staphylococcus aureus üstünlük təşkil edir – 26 xəstədə (40±6,1%), Micrococcus 14 xəstədə (21.5±5,1%), St.epidermidis 9 xəstədə (13.8±4,3%), St.citreus 5 xəstədə (7.7±3,3%), Ar (-) preudomonas aureginoza, Moraxella catarrhalis, Enterobacter cloacae, Candida albicans və Candida parapsilosis qalan 11 xəstədə (16,9±4,7%) aşkar olunmuş. Bütün xəstələrə 3 aylıq gözləmə taktikası (wait and see) tətbiq olunub. Konservativ müalicə - Crigher metodu ilə yaş kisəsinin massajı kombinə olunmuş göz məlhəminin (antibiotik + steroid) istifadəsi ilə birlikdə. Bakterioloji nəticələrinə əsasən müəyyən olunmuş antibakterial preparatların instillyasiyaları tətbiq edilmişdir. Valideyinlərə massajın düzgün aparılması barədə təlimat verilmiş və massajın gündə 4 dəfə 10 hərəkətlə edilməsi izah olunmuşdur. Qeyri cərrahi müalicənin effektsizliyi hallarında bütun uşaqlara stasionarda burun göz yaşı kanalının zondlanması standart metodla anesteziya altında aparılmışdır.
Yekun
Belə ki, cərrahi müdaxilə olmadan simptomları 6 ay 10 aylıq erkən yaşlı uşaqlarda nazolakrimal kanalın anadangəlmə obstruksiyası bərpası halları yarısından çoxunda mümkündür. Əslində bu maarifəndirmə həkimlər və valideynlərin daha səmərəli müalicə variantları müzakirəsinə kömək edir. Biz antibakterial terapiyanı müəyyən etmək ücün konyunktiva boşluğdan və nasolactimal kanal məzmununun əkinin vacibliyini hesab edirik.