RETİNAL VENOZ OKKLÜZİYA NƏTİCƏSİNDƏ BAŞ VERƏN MAKULYAR ÖDEMİN AFLİBERSEPT PREPARATI İLƏ ANTİ-VEGF TERAPİYASINDA ƏKS ETDİRİLƏN BİOMARKERLƏRİN DİAQNOSTİK VƏ PROQNOSTİK ROLU
Açar sözlər:
əks etdirilən biomarkerlər, makulyar ödem, afibersept, retinal venoz okklüziyaAbstract
Məqsəd – əks etdirilən OKT biomarkerlərin təhlili nöqteyi-nəzərindən retinal venoz okklüziya (RVO) fonunda makulyar ödem (MÖ) olan xəstələrdə afiberseptin intravitreal yeridilməsinin efektivliyini öyrənmək.
Material və metodlar
Afiberseptin intravitreal yeridilməsinin (İVY) efektivliyi RVO fonunda MÖ olan 15 xəstənin gözündə OKT-biomarkerlərinin məlumatlarına əsasən təhlil edilmişdir. Klinik əlamətlər və OKTbiomarkerlər kimi – neyroepitelin qopmasının, intraretinal mayenin, hemorragiyaların, hiperrefektiv nöqtələrin, görmə siniri diskinin (GSD) ödeminin, epiretinal fbrozun olub olmaması təhlil edilmişdir.
Nəticə
Əks etdirilən OKT-biomarkerlərinin təhlili RVO olan gözlərdə MÖ müalicəsinin efektivliyini təsdiqləmişdir. Müalicədən əvvəl və bir il sonra göstəriciləri müqayisə etdikdə, afiberseptin İVY-nin orta tezliyi 3,6±0,99 olduğu zaman, makulyar zonada tor qişanın orta qalınlığının və makulanın orta həcminin azalması ilə korreksiya olunmuş maksimal görmə itilində (KOMGİ) statistik əhəmiyyətli artım müşahidə edilmişdir (p=0,001). Dinamikada, İVY fonunda görmə itiliyinin maksimum artması və retinanın qalınlığının azalması, tor qişanın mərkəzi venasının və ya onun şaxəsinin okklüziyasının olub-olmamasından asılı olmayaraq, ilk inyeksiyadan sonra baş verir. Əks etdirilən biomarkerlərə görə, neyroepitelin qopmasının və qansızmaların statistik əhəmiyyətli rezorbsiyası müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, afiberseptin İVY görmə siniri diskinin ödeminin dəyişikliklərinə təsir etmir, intraretinal mayenin zəif resorbsiyası zamanı epiretinal fbrozun yaranması mümkündür.
Yekun
Beləliklə, RVO fonunda MÖ olan pasiyentlərdə biomarkerlərin təhlili zamanı təsdiq edilmişdir ki, afiberseptin yeridilməsi subretinal mayenin sürətli rezorbsiyasına və görmə funksiyalarının artmasına səbəb olan efektiv müalicə üsuludur.