GƏNC YAŞLI XƏSTƏLƏRDƏ RETİNAL VENOZ OKKLÜZİYANIN SİSTEM RİSK FAKTORLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

Авторы

DOI:

https://doi.org/10.71110/ajo791020251701523140

Açar sözlər:

retinal venanın okklüziyası, tor qişanın mərkəzi venanın okklüziyası, risk faktorları, arterial hipertenziya, hiperlipidemiya, piylənmə

Xülasə

Məqsəd – gənc yaşlı xəstələrdə retinal venoz okklüziyanın (RVO) sistem risk faktorlarının yayılmasını qiymətləndirmək.

Material və metodlar
Prospektiv tədqiqatda 24 - 44 yaş arası RVO diaqnozu ilə 28 xəstə iştirak etmişdir. Bütün xəstələrdə standart oftalmoloji müayinələr aparılmış, qan təzyiqinin səviyyəsi və bədən kütləsi indeksi müəyyən edilmiş, qanda qlükoza və ümumi xolesterinin səviyyəsi yoxlanılmışdır.

Nəticələr
Xəstələrin böyük əksəriyyətində (71,43%) – “Mərkəzi RVO”, digərlərində (28,57%) – “Tor qişanın mərkəzi venanın şaxələrinin okklüziyası” diaqnozu qoyulmuşdur. Ürək-damar patologiyasının dəyişdirilə bilən risk faktorları xəstələrin 82,14%-də müəyyən edilmişdir. Ən çox rast gəlinən risk faktorları arasında artıq çəki/ piylənmə (57,14%), hiperlipidemiya (44%) və arterial hipertoniya (35,71%) yer tutmuşdur. Artıq çəki və piylənmənin arterial hipertenziya və ya hiperlipidemiya ilə birqə təsiri xəstələrin 28,57%-də aşkar edilmişdir. Hiperqlikemiya halları 10,71%-də aşkar edilmişdir. Beş xəstədə isə RVO-nın inkişafı irsi trombofiliya (2 hal), oruc və ya idman pəhrizi səbəbindən susuzlaşdırma (2 hal), təzə keçirilmiş koronavirus infeksiyası (1 hal) nəticələrində yaranan hiperkoaqulyasiya sindromu ilə əlaqələndirilmişdir.

Yekun
Gənc yaşlı xəstələrdə RVO-nın inkişafı 82,14% hallarda ürək-damar patologiyasının dəyişdirilə bilən risk faktorları ilə əlaqələndirilir. Bu amillərin ayrı və birqə təsiri RVO patogenezinin əsasını təşkil edən Virxov triadasının faktorlarının (damar sistemin endotelinin zədələnməsi, qan axınının yerli pozulması və hiperkoaqulyasiya) inkişafına təkan verir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

08.04.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Qalimova A.B. 2025. GƏNC YAŞLI XƏSTƏLƏRDƏ RETİNAL VENOZ OKKLÜZİYANIN SİSTEM RİSK FAKTORLARININ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 52 (Apr. 2025), 31–40. DOI:https://doi.org/10.71110/ajo791020251701523140.

Oxşar məqalələr

1-10 из 328

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.