BİRİNCİLİ ANADANGƏLMƏ QLAUKOMASI OLAN UŞAQLARDA ƏMƏLİYYATDAN SONRAKI ERKƏN FƏSADLARIN MÜALİCƏSİ

Авторы

DOI:

https://doi.org/10.71110/ajo791020241604517380

Açar sözlər:

birincili anadangəlmə qlaukoma, antiqlaukomatoz cərrahiyyə, əməliyyatdan sonrakı erkən fəsadlar

Abstract

Məqsəd – birincili anadangəlmə qlaukoması olan uşaqlarda üç axın yoluna eyni anda təsir edən kombinə edilmiş metoddan istifadə etməklə, antiqlaukomatoz əməliyyatlarından sonrakı erkən ağırlaşmaların xarakterini və onların müalicə korreksiya üsullarını araşdırmaq.

Material və metodlar
Kombinə edilmiş metodla (üç istiqamətdə axın yollarına eyni anda təsir: skleral sinusda Burian sinusotrabekulotomiyası, supraxoroidal boşluğa autoskleral qapaq ilə siklodializ-sikloretraksiya, episkleral venoz sistemə skleral qapaq altına sklerektomiya ilə bazal iridektomiya) antiqlaukomatoz əməliyyat keçirmiş uşaqların ümumi sayı 151 nəfər (270 göz) təşkil etmişdir.

Nəticələr
Antiqlaukomatoz cərrahiyyə əməliyyatından sonrakı ilk gündə erkən fəsadlar ilə xəstələrin nisbi sayı 62,6% olmuş, bu göstərici üçüncü gündə isə 67,4%-ə qədər artmışdır. Bu hallar arasında əhəmiyyətli hipotoniya – 33,3%, hifema – 10,0% və oftalmohipertenziya – 6,7% xəstələrdə ən çox müşahidə edilmişdir. Ağırlaşmaları olan uşaqların sayı konservativ müalicənin yeddinci günündən sonra 10%-ə qədər enmişdir.

Yekun
Erkən əməliyyatdan sonrakı fəsadların sayı konservativ müalicə almış pasiyentlərdə 52,6% azalmışdır. Bu xəstələrdə təkrar cərrahi müdaxiləyə ehtiyac yaranmamışdır. Xəstələr yaşadıqları ərazi üzrə oftalmoloq nəzarəti altında evə göndərilmişlər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.01.2025

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR