ОБОСНОВАНИЕ ВОЗМОЖНОСТИ ФОРМИРОВАНИИЯ ОПОРНО-ДВИГАТЕЛЬНОЙ КУЛЬТИ ПОСЛЕ УДАЛЕНИЯ ГЛАЗ С МЕЛАНОМОЙ ХОРИОИДЕИ
Açar sözlər:
uveal melanoma, enukleasiya, dayaq-oynaq güdülüXülasə
Məqsəd. Uveal melanomaya görə enukleasiya olunmuş xəstələrdə birincili implantasiyanm əsaslandırılması.
Material və metodlar
328 ambulator kartın analizi olundu. Onların 113 kişi, 215 qadın xəstələrə aiddir.
Kişilərin orta yaşı 56,35±2,14,qadmlarm isə 58,99±1,83 təşkil edir. Araşdırmalar göstərir ki, enukleasiyalann
yarısı (55,18%) əmək qabiliyyəti olan xəstələrdə aparılmışdır. Bu müddət ərzində 82 xəstə (32 kişi və 50 qadın)
cərrahi əməliyyatdan 5,13±0,98 il sonra vəfat etmişdir.
Nəticələr və müzakirə
Araşdırmalar göstərir ki, enukleasiyadan sonra uveal melanomanın residivinin tezliyi
azdır və 2,44% təşkil edir. Törəmənin residivi birincili anatomik lokalizasiyanm sərhədini keçəndə 3,48%, skleral
kapsulaya sirayət edəndə 11,43% təşkil edir. Göz yuvasında melanomanın residivinin səbəblərindən biri cərrahi
əməliyyat zamanı skleral kapsulanm tamlığının pozulması ola bilər. Bura həmçinin uveal melanoma zamanı
göstərişsiz cərrahi müdaxilələri də aid etmək olar.
Yekun
Beləliklə, uveal melanomanın erkən residivi birincili cərrahi əməliyyatın gedişi zamanı olan səhvlər ola
bilər. Enukleasiya olan gözlərin patohistoloji dəyişikliklırin və histonövünün öyrənilməsi dayaq-oynaq güdülünün
formalaşdırılmasmda olan əks-göstərişləri müəyyən etməyə imkan verir.
Qəti əks-göstərişlər:
1. Əməliyyata qədər:
1. Keçirilmiş cərrahi əməliyyatlar (antiqlaukomatoz əməliyyatlar, ekstraskleral plomblaşdırılma,
vitrektomiya, NİAB)
2. Skleranın melanozu
2. Cərrahi əməliyyat zamanı:
1. Törəmənin skleradan kənara çıxması
2. Cərrahi əməliyyat zamanı skleranın nazikləşməsi
3. Skleranın əvvəlki müalicə fonunda nazikləşməsi.
Nisbi əks-göstərişlər:
1. Törəmənin yuksta- və peripapilyar lokalizasiyası. Dayaq-oynaq güdülünün formalaşdırılması üçün
neyrektomiya 10-12 mm təşkil etməlidir.
2. Göz almasının orqanqoruyucu müalicəsindən sonrakı subatrohyası.
Beləliklə, uveal melanoma olan xəstələrdə əgər skleranın tamlığı pozulmayıbsa və törəmənin ekstraorbital inkişafı
müşahidə edilmirsə, endoprotezləşmə mümkündür. Nəzərə alsaq ki, xəstələrin orta yaşı təxminən 5-ci dekadaya təsadüf
edir, endoprotezləşmə və anoftalmm sindromun profilaktikası tibbi reabilitasiya nöqteyi-nəzərindən çox vacibdir.