"QURU GÖZ" SİNDROMUNUN BLEFAROKONYUNKTİVAL FORMASININ MÜALİCƏSİNİN EFFEKTİVLİYİ

Авторы

  • Aslanova V.Ə.

Açar sözlər:

blefarokonyunktivit, quru göz sindromu, diaqnostika, müalicə

Xülasə

Məqsəd – meybom vəzi sekresiyasının müxtəlif tipləri ilə müşayiət olunan xroniki blefarokonyunktivitli xəstələrdə buynuz qişa-konyunktival kserozun müalicə imkanlarını qiymətləndirmək.

Material və metodlar
Xroniki blefarokonyunktiviti və yanaşı keratokonyunktival kserozu olan 32 xəstə (8 kişi və 24 qadın): 18 xəstə meybom vəzinin hiposekresiyası və 14 xəstə meybom vəzinin hipersekresiyası ilə müayinədən keçmişdir. 6 xəstədə xroniki blefarit residivverən xalazionla ağırlaşmışdır. Meybom vəzinin hiposekresiyası və hipersekresiyası olan hər iki qrup xəstələr təyin olunan lubrikantlardan asılı olaraq qrup daxilində xəstələrin sayı bərabər olmaqla 2 yarımqrupa ayrılmışdır. Fərqli olaraq 1-ci yarımqrup xəstələrin müalicəsinə əvəzedici terapiya olaraq lubrikantlardan Xiloyal zero, 2-ci yarımqrup xəstələrin müalicəsinə Lipitear əlavə edilmişdir. Aparılan müalicənin nəticəsi qruplar arasında 1, 3, 6 aydan sonra diaqnostik testlər əsasında müqayisəli qiymətləndirilmişdir. Bütün xəstələrə vital boyalardan istifadə etməklə biomikroskopiya, Şirmer və Norn sınaqları, kompression sınaq, eləcə də göz qapağı və konyunktiva boşluğu forasının laborator müayinəsi aparılmışdır.

Nəticə
Quru göz sindromunun blefarokonyunktival forması olan xəstələrin müalicəsinə qapaqların massajı, etiotrop terapiya, eləcə də buynuz qişa-konyunktival kseroza görə tədbirlər daxildir. MVD-nin hiposekretor tipi olan xəstələrin müalicəsində “süni gözyaşı” preparatlarından Lipitear, hipersekretor tipi olanlarda isə Xiloyal zero damcısı efektiv nəticə göstərmişdir.

Yekun
QGS ilə müşayiət olunan xroniki blefaritin müalicə metodunun seçimi blefaritin etiologiyasına, QGS-nun ağırlıq dərəcəsinə, meybom vəzi sekresiyasının xarakterinə istiqamətlənməlidir. MVD-nin hər iki tipində 6 aydan bir proflaktik müalicə tədbirlərinin aparılması da məqsədəuyğun hesab olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

29.08.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>