DİABETİK RETİNOPATİYALI XƏSTƏLƏRDƏ RETİNANIN FUNKSİONAL QİYMƏTLƏNDİRİLMƏSİNDƏ MFERG-NİN ROLU

Авторы

  • Şahbazova N.Ə.
  • Kərimov M.İ.
  • Müzəffərli F.R.
  • İsmayılova Ü.S.

Açar sözlər:

diabetik retinopatiya, MfERG, optik koherent tomoqrafya, görmə itiliyi

Xülasə

Məqsəd - başlanğıc və orta mərhələli qeyri-proliferativ diabetik retinopatiyalı xəstələrdə mfERGdə aşkar olunan dəyişikliklərlə, optik koherent tomoqrafya (OKT) və görmə itiliyi arasında korrelyasiya əlaqələrini qiymətləndirmək.

Material və metodlar
Tədqiqatda 2019-cu ildə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində, başlanğıc və orta mərhələli qeyri-proliferativ diabetik retinopatiyalı 13 xəstədə (13 göz) müayinə məlumatları təhlil edilmişdir. Xəstələrdə aparılan görmə itiliyi, refraksiya, biomikroskopiya və OKT müayinələrinin nəticələri mfERG müayinəsinin nəticələri ilə təhlil edilmişdir.

Nəticə
MfERG müayinələrində alınan parametrlərlə (P1 amplitudu və P1 latentliyi) görmə itiliyi arasında korrelyasiya əlaqəsi müəyyən edilmişdir. Belə ki, P1 amplitudu ilə görmə itiliyi arasında müsbət korrelyasiya əlaqəsi (r=+0,623; P=0,045; (P<0,05)), P1 latentliyi ilə görmə itiliyi arasında mənf korrelyasiya əlaqəsi (r= - 0,534; P=0,0123; (P<0,05)) mövcud olmuşdur. Lakin, mərkəzi halqada mərkəzi makulyar qalınlıq və mfERG parametrləri (P1 amplitudu və P1 latentliyi) arasında korrelyasiya əlaqələri aşkar edilməmişdir (p>0,05).

Yekun
MfERG parametrləri (P1 amplitudu və P1 latentliyi) ilə görmə itiliyi arasında korrelyasiya əlaqələri (uyğun olaraq müsbət və mənf) mövcud olsa da, mfERG parametrləri və OKT göstəriciləri arasında korrelyasiya əlaqəsi aşkar olunmamışdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.05.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR