LÖKBATAN TİBB MƏRKƏZİNİN GÖZ KABİNETİNƏ İL ƏRZİNDƏ MÜRACİƏT EDƏN PASİYENTLƏRİN TİBBİ XİDMƏTLƏRDƏN YARARLANMA DƏRƏCƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Авторы

  • Hacıyeva K.T

Açar sözlər:

pasiyent məmnuniyyəti, xidmətin keyfiyyəti, xidmətlər zərfi, “e-Tabib”mobil tətbiqi

Xülasə

Məqsəd – Lökbatan Tibb Mərkəzinin (LTM) göz kabinetinə il ərzində müraciət edən vətəndaşlara göstərilən oftalmoloji xidmət dərəcəsinin təyin edilməsi və Tibbi Xidmətlər Zərfindən istifadə etmiş pasiyentlərin rəylərinin tədqiqi.

Material və metodlar
Tədqiqat 01.01.2023–01.01.2024-cü il ərzində müraciət etmiş pasiyentlərin baza məlumatlarına əsasən aparılmışdır. Müxtəlif müəssisələrə göndərilmiş vətəndaşlara göstərilən xidmət səviyyəsinin ölçülməsi üçün 100 katarakta əməliyyatı aparılmış təsadüfi xəstə oftalmoloq qəbuluna dəvət olunmuş, əməliyyatdan əvvəl və sonrakı vəziyyəti qiymətləndirilmiş, sorğu aparılmış, pasiyentlərin rəyləri tədqiq olunmuşdur.

Nəticə
Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, il ərzində LTM-ə müraciət etmiş xəstələrin ümumi sayı 204465 nəfər olmuşdur ki, bunlardan 14242 nəfəri göz kabinetinə müraciət edənlərdir: böyüklər – 11172, uşaqlar – 3070 nəfər, bunlardan birincili müraciətlər – 10679, təkrari – 3563 nəfər olmuşdur. Baza məlumatlarına əsasən il ərzində oftalmoloji problemlə bağlı 1282 nəfərə əməliyyat və tibbi prosedurlardan yararlanmaq üçün göndəriş vərəqi verilmişdir (1218-i böyüklər, 64-ü uşaqlar): bunlardan 89-u dövlət, 1193-ü özəl müəssisəyə yönləndirilmişdir. Əməliyyat olunmuş 100 xəstənin 19 nəfərində görmə itiliyi 1,0, 54 nəfərdə – 0,6-0,9, 21 nəfərdə – 0,3-0,5, 6 nəfərdə isə 0,3-dən aşağı təşkil etmişdir. Pasiyent rəylərinin tədqiqi üçün cərrahın professionallığı, tibbi personalın münasibəti, xidmətin keyfiyyəti və xidmətin icra müddəti kimi meyarlar dəyərləndirilmişdir. Hər göstəriciyə görə razı qalanlar 75-95%, narazı qalanlar 1-12%, qənaətbəxş hesab edənlər isə 4-13% təşkil etmişdir. Xəstələrin 85,75%-i xidmətdən tam razı qalmış, 8%-i göstərilən xidməti qənaətbəxş hesab etmiş, yalnız 6,25%-i narazı qaldıqlarını bildirmişlər.

Yekun
İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyi tərəfindən xidmətlərin sayı və çeşidinin artırılması, 765 sayda yenisi əlavə edilməklə xidmətlərin sayının 3315-ə çatdırılması, “e-Tabib” mobil tətbiqinin yeni versiyada istifadəyə verilməsi TƏBİB-in bir qurum kimi fəaliyytinin xalqa tükənməz faydasının sübutudur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.06.2024

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR