ИММУНОКОРРЕКЦИЯ НЕСПЕЦИФИЧЕСКИХ ИММУННЫХ РЕАКЦИЙ ИНДУKТОРОМ ИНТЕРФЕРОНА ТИЛОРОНОМ У БОЛЬНЫХ УВЕАЛЬНОЙ МЕЛАНОМОЙ В ПРОЦЕССЕ КОМБИНИРОВАННОГО ОРГАНОСОХРАНЯЮЩЕГО ЛЕЧЕНИЯ

Авторы

  • Величко Л.Н.

Açar sözlər:

uveal melanoma, immunoloji korreksiya, interferon induktoru, tiloron

Xülasə

Məqsəd – uveal melanoması (UM) olan xəstələrin kompleks müalicəsində interferon induktorunun (tiloronun) immunoloji modullaşdırıcı və reseptor modifkasiyaedici təsirinin öyrənilməsi.

Material və metodlar
Tədqiqatlar “Ukrayna TEA V.P.Filatov ad. Göz xəstəlikləri və toxuma terapiyası institutu” onkoloji şöbəsində müalicə alan UM ilə 83 xəstə üzərində aparılmışdır. UM ilə xəstələr iki qrupa bölünmüşdür: i qrup – tiloron fonunda fotokoaqulyasiya və β-terapiya aparılan UM ilə 43 pasiyent; ii kontrol qrup – immunoloji korreksiyasız fotokoaqulyasiya və β-terapiya aparılan UM ilə 40 pasiyent. UM ilə pasiyentlərdə CD 16 təbii killerlər miqdarı və FAS-apoptoz antigeninin CD 95 limfositlərdə ekspressiyası müalicədən əvvəl və 3, 6, 9 aydan sonra dinamikada öyrənilmişdir.

Nəticə
Tiloron fonunda kombinəedilmiş müalicə alan UM ilə xəstələrdə, kontrol qrupla müqayisədə, təbii killerlər (CD 16) miqdarının əhəmiyyətli dərəcədə artması qeyd edilmişdir. İmmunoloji korreksiyasız kombinəedilmiş terapiya alan pasiyentlərdə, ilkin səviyyədən fərqli olaraq, təbii killerlər miqdarının əhəmiyyətli artımı müşahidə edilməmişdir. İmmunoloji korreksiya alan UM ilə pasiyentlərin limfositlərində CD 95 (apoptoz markerinin) ekspressiya səviyyəsinin öyrənilməsi, ilkin göstəricidən fərqli olaraq, onun əhəmiyyətli dərəcədə artımını göstərmişdir. İmmunoloji korreksiyasız kombinəedilmiş terapiya prosesində UM ilə pasiyentlərdə CD 95 ekspressiya səviyyəsinin, ilkin göstəricidən fərqli olaraq, əhəmiyyətli artımı qeyd olunmamışdır.

Yekun
Tiloron interferon induktoru böyük həcmli UM ilə xəstələrdə orqanqoruyucu müalicənin göstərişlərinin genişləndirilməsi üçün məsləhət görülə bilər. Tərkibində tiloron olan kompleks terapiyanın tətbiqi UM ilə xəstələrdə enukleasiya ehtimalını azaltmağa imkan verir. UM ilə xəstələrin kombinəedilmiş terapiyasına tiloronun daxil edilməsi təbii killerlər miqdarını və CD 95 ekspressiya səviyyəsini artırmağa şərait yaradır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

01.12.2016

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Величко Л.Н. 2016. ИММУНОКОРРЕКЦИЯ НЕСПЕЦИФИЧЕСКИХ ИММУННЫХ РЕАКЦИЙ ИНДУKТОРОМ ИНТЕРФЕРОНА ТИЛОРОНОМ У БОЛЬНЫХ УВЕАЛЬНОЙ МЕЛАНОМОЙ В ПРОЦЕССЕ КОМБИНИРОВАННОГО ОРГАНОСОХРАНЯЮЩЕГО ЛЕЧЕНИЯ. Azərbaycan Oftalmologiya Jurnalı. 22 (Dec. 2016), 42–48.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri