КОНЦЕНТРАЦИЯ ИНТЕРЛЕЙКИНА-1β ВО ВЛАГЕ ПЕРЕДНЕЙ КАМЕРЫ У ПАЦИЕНТОВ С ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМОЙ НА ФОНЕ ПРИМЕНЕНИЯ ПРОСТАГЛАНДИНОВ
Açar sözlər:
ön kamera mayesi, qlaukoma, interleykin-1β, prostaqlandinlər, sitokinlərXülasə
Məqsəd - Prostaqlandinlərin tətbiqi fonunda birincili açıq bucaqlı qlaukoması (BABQ) olan pasiyentlərin ön kamera mayesində (ÖKM) interleykin-1β-nın (İL-1β) qatılığını təyin etmək.
Material və metodlar
ÖKM-də interleykin-1β-nın təyin edilməsi orta yaş həddi 55,24 ± 1,35 (52,51 – 57,97) olan 46 pasiyent arasında aparılmışdır ki, onlardan 25 (54,3±7,3%) nəfər – kişi, 21 (45,7±7,3%) – qadındır. Pasiyentlərin hamısı 3 qrupa bölünmüşlər: 1-ci qrupu – BABQ olan 16 pasiyent (23 göz) təşkil edir ki, onlara prostaqlandinlərlə birlikdə KHT aparılmışdır; 2-ci qrupu – BABQ olan 16 pasiyent (21 göz) təşkil edir ki, onlara prostaqlandinlərdən istifadə etməməklə KHT aparılmışdır; 3-cü kontrol qrup (KQ) - kataraktası olan 14 pasiyent (18 göz).
Nəticələr
Üç qrupdakı pasiyentlərin ÖKM-də İL-1β-nın orta qatılığı 9,11±1,56 (5,83-12,38) pq/ml, 4,77±0,88 (2,93- 6,61) pq/ml и 1,11±0,24 (0,61-1,62) pq/ml təşkil etmişdir. Beləliklə, prostaqlandinlər tətbiq edilən, BABQ olan pasiyentlərin ÖKM-də İL-1β-nın qatılığı prostaqlandinlər almayan BABQ olan pasiyentlərə nisbətən 47,6%-ə qədər (1,9 dəfə) yüksəkdir (р<0,05).
Yekun
BABQ olan pasiyentlərin ÖKM-də prostaqlandinlərin tətbiqi fonunda KHT-nin digər rejimi ilə müqayisədə İL-1β-nın daha yüksək qatılığını nəzərə alaraq, pasiyentlərin bu qrupunda yuxarıda göstərilən sitokinin qatılığının azaldılması və qlaukoma əleyhinə aparılan əməliyyatların maksimal funksional effektinin əldə edilməsi məqsədilə əməliyyatönü dövrdə qısamüddətli iltihabəleyhinə terapiyanın aparılması məqsədəuyğundur.