MİOPİYA İLƏ UŞAQ VƏ YENİYETMƏLƏRDƏ ORTOKERATOLOJİ LİNZALARIN TƏTBİQİ, ONLARIN ROLU, İŞLƏMƏ PRİNSİPİ, MEXANİZMİ VƏ ÜÇİLLİK MÜŞAHİDƏNİN NƏTİCƏLƏRİ
Açar sözlər:
eynək, miopiya, ortokeratoloji linzaXülasə
Məqsəd – miopiyası olan uşaq və yeniyetmələrdə ortokeratoloji linzaların tətbiqi, effektivliyinin təyini və gözün ön-arxa oxunun uzunluğunun nəzarət qrupu ilə müqayisəli təhlili.
Material və metodlar
Üçillik prospektiv tədqiqata 9-15 yaş arasında orta dərəcəli miopiyası olan uşaqlar daxil olunmuşdur. Pasiyentlər iki qrupa bölünmüşdür: I qrup – ortokeratoliji linza istifadə edən 10 uşaq (20 göz); II nəzarət qrupu – eynəkdən istifadə edən 10 uşaq (20 göz). Hər iki qrupda orta dərəcəli miopiyanın sferik ekvavalenti 3,0-6,0 D təşkil etmişdir. Ortokeratoloji linza hər bir pasiyent üçün fərdi seçilmiş, gecələr 8 saatlıq yuxu zamanı gözə taxılıb və səhərlər çıxarılmışdır. Bundan sonra gün ərzində görmə tam bərpa olunmuş və uşaqlar eynəksiz günlük həyatlarına davam etmişlər. Hər iki qrup pasiyentlərə üç aydan bir təkrar müayinə aparılmışdır – viziometriya, tonometriya, gözün biometriyası (ön-arxa oxun uzunluğu) ZEISS IOL MASTER 700 (Almaniya) cihazında ölçülmüşdür. Ortokeratoloji qrupda olan pasiyentlərin topoqrafiyası Wavelight Topolyzer Vario (Almaniya) cihazında həyata keçirilmişdir. Ortokeratoloji linza istifadə edən pasientlərin buynuz qişası hər 3 aydan bir fluoressein ile boyanmişdır.
Nəticə
Müşahidəyə əsasən ortokeratoloji linza tətbiq edilmiş qrupda müalicədən öncə gözün ön-arxa oxunun uzunluğu 24,67 mm, ilk 12 aydan sonra – 24,75 mm, 24 aydan sonra – 24,83 mm, 36 aydan sonra – 25,01 mm təşkil etmişdir. Kontrol qrupunda isə gözün ön-arxa oxunun uzunluğunun nəticələri aşağıdakı kimi olmuşdur: müalicədən öncə – 24,66 mm, ilk 12 ayda – 24,98 mm, 24 ayda – 25,12 mm, 36 ayda – 25,35 mm.
Yekun
Beləliklə, alınan nəticələr göstərmişdir ki, ortokeratoloji linzalar miopiyanın proqressivləşməsinin əhəmiyyətli dərəcədə ləngiməsinə imkan yaradır.