UŞAQLARDA MİOPİYANIN KONTROLUNDA ORTOKERATOLOJİ LİNZALARIN İSTİFADƏSİNİN EFFEKTİVLİYİ VƏ DİGƏR KORREKSİYA ÜSULLARI İLƏ MÜQAYİSƏLİ TƏHLİLİ (İKİ İLLİK NƏTİCƏ)
Açar sözlər
miopiya, ortokeratoloji linzalar, məktəb yaşlı uşaqlarXülasə
Məqsəd – məktəb yaşlı uşaqlarda miopiyanın kontrolunda ortokeratoloji linza (OKL) və digər korreksiya üsullarının effektivliyinin müqayisəlili təhlili..
Material və metodlar
Bu tədqiqatda uşaqlarda miopiyanın kontrolunda OKL, defokus şüşəli eynəklər və monofokal eynəklərin effektivliyi müqayisə olunmuşdur. Tədqiqata 55 məktəbli uşaq daxil edilmiş və üç qrupa bölünmüşdür: OKL istifadə edənlər (I qrup), defokus eynək istifadə edənlər (II qrup) və monofokal eynək istifadə edənlər (III qrup). Pasiyentlər 24 ay ərzində mütəmadi olaraq oftalmoloji müayinələrdən keçmiş, ön-arxa oxun (ÖAO) uzunluğunun dəyişiklikləri izlənmişdir.
Nəticələr
Nəticələr göstərmişdir ki, OKL istifadə edən I qrupda miopiyanın proqressivləşməsi ən aşağı səviyyədə olmuşdur (ÖAO artımı 0,27±0,03 mm). Defokus eynək istifadə edən II qrupda bu artım daha yüksək olmuşdur (0,49±0,08 mm), monofokal eynək istifadə edən III qrupda isə ən yüksək artım müşahidə olunmuşdur (0,63±0,04 mm).
Yekun
Miopiyanın kontrolunda OKL istifadəsi ÖAO artmasına daha stabil təsir edir. OKL istifadə edən pasiyentlərdə gözün uzanma prosesi daha yavaş gedərək miopiyanın inkişafını məhdudlaşdırmışdır. Defokus eynəklər monofokal eynəklərlə müqayisədə daha az proqressivləşmə göstərmişdir. Bu nəticələr, miopiyanın qarşısını almaq üçün OKL istifadəsinin tövsiyə oluna biləcəyini göstərir. Yüksək miopiyası olan və sürətlə proqressivləşən miopiyalar zamanı OKL və ya defokus linzalı eynəklərin istifadəsinin geniş və ətraflı araşdırılması məqsədəuyğun sayıla bilər.