ПЕДИАТРИЧЕСКИЙ АВТОРЕФРАТКОМЕТР PLUSOPTIX A-09
Açar sözlər:
Plusoptix A-09 avtorefraktometr, refraksiyaXülasə
Uşaq avtorefraktometri “Plusoptix A-09” portativ, yünğül, rahat, istifadə baxımdan istənilən yerə asanlıqla daşınan binokulyar, kontaksız dəst olaraq alman frması Plusoptix GmbH şirkətində istehsal olunur. Bu unikal dəst kiçik uşaqlarda 1metr məsafədən bəbək genəlmədən, bir neçə dəqiqəyə dəqiq binokulyar refraksiya dəyişikliyini təyin edir. Yüksək texnologiyalı uşaq avtorefraktometri “Plusoptix A-09” 2 gözün eyni anda ölçüldüyü, ekzantrik videoretinoskop olub nistaqmlı, mürəkkəb uşaqlarda xüsusilə 4 yaşaltı körpələrdə və hətta yeni doğulmuşlarda belə saniyələr içində göz ölçümlərini edildiyi bir sistemdir.
Uşaq avtorefraktometri “Plusoptix A-09 vasitəsilə kiçik yaşlı uşaqlara oyun oynarmış kimi, toxunmadan və çox rahat şəkildə göz müayinəsi aparılır. Cihazın yanib sönən işıqları və səsi xəstənin əlaqəsini cihaza doğru çəkir. Tək düyməni basaraq hər iki göz üçün binokulyar , çəpgözlü xəstələrdə isə monokulyar müayinə edilə bilər. Xəstə eynək və linza taxarkən də ölçmələr aparıla bilər.