ВЛИЯНИЕ РАННЕЙ КОРРЕКЦИИ ГИПЕРМЕТРОПИИ И ГИПЕРМЕТРОПИЧЕСКОГО АСТИГМАТИЗМА В ПРОФИЛАКТИКЕ РАЗВИТИЯ ЛОЖНОЙ И ИСТИННОЙ МИОПИИ У ДЕТЕЙ ДОШКОЛЬНОГО ВОЗРАСТА
Açar sözlər:
hipermetropiya, hipermetropik astiqmatizm, yalançı və həqiqi miopiya, erkən korreksiyaXülasə
Məqsəd – yalançı və həqiqi miopiyanın əmələ gəlməsinin proflaktikası üçün məktəbəqədər yaş dövrü olan uşaqlarda hipermetropiya və hipermetropik astiqmatizmin erkən korreksiyasının refraksiyaya və görmə itiliyinə təsirinin öyrənilməsi.
Material və metodlar
Tədqiqat 3-6 yaş arasında 178 uşaqda aparılmışdır, uşaqlar üç qrupa bölünmüşdür: I qrup – korreksiyadan istifadə etməyən hipermetropiya və hipetmetropik astiqmatizmi olan 64 (36%) uşaq; II qrup – daimi korreksiyadan istifadfə edən hipermetropiyası və hipermetropik astiqmatizmi olan 53 (30%) uşaq; III qrup – daimi eynək korreksiyasından istifadə edən yalançı miopiya fonunda hipermetropiyası vəzəif dərəcəli hipermetropik astiqmatyizmi olan 61 (34%) uşaq. Tədqiqat 2-2,5 il ərzində davam etmişdir.
Nəticə
Aparılan tədqiqatların nəticələri göstərir ki, I qrupda olan uşaqlarda refraksiyanın yalançı və həqiqi miopiyaya keçməsi daha çox faiz təşkil etmişdir. II və III qruplarda isə korreksiyanın təsiri altında refraksiyanın miopiyaya keçməsi cüzi olmuşdur.
Yekun
Beləliklə, bizim tədqiqatlar məktəbəqədər yaş dövrü olan uşaqlarda görmə gərginliyi tələb edən işlərdən məhdudlaşdırılması ilə bərabər, hipermetropiyanın və hipermetropik astiqmatizmin daimi erkən korreksiyasının tətbiqinin effektivliyini təsdiq edir.