GÖRMƏ ORQANININ TRAVMALARI ZAMANI TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ OFTALMOLOJİ YARDIMIN III ETAPINDA TƏŞKİLİ

Authors

DOI:

https://doi.org/10.71110/ajo791020251701520917

Keywords:

görmə orqanının travmaları, təcili və təxirəsalınmaz ilkin müraciətlər, təxirəsalınmaz oftalmoloji yardım, regional xüsusiyyətlər

Abstract

Məqsəd – Azərbaycanda görmə orqanının travmaları ilə əlaqəli ilkin təxirəsalınmaz oftalmoloji yardımın III etapında müraciətlərin tezliyini, xüsusiyyətlərini qiymətləndirmək.

Material və metodlar
Araşdırma zamanı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təqvim ili ərzində görmə orqanının travması ilə bağlı bütün təxirəsalınmaz müraciətlərin materiallarından istifadə edilmişdir. Müraciətlər travmatizmin baş verdiyi respublika tabeli rayon və şəhərlər arasında bölüşdürülüb təsnif edilmişdir. Hər 100 min əhaliyə düşən müraciətlərin tezliyi müəyyən edilmişdir.

Nəticələr
Müraciətlərin ən aşağı səviyyəsi Gəncədə (7,5±1,490 ⁄ 0000), ən yüksək  səviyyəsi isə Siyəzəndə (47,1±10,5370 ⁄ 0000) qeydə alınmışdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filiallarının (Masallı, Gəncə, Şəki) fəaliyyət göstərdiyi ərazilərdə III etapda müraciətlərin tezliyi nisbətən aşağı olub və müvafiq olaraq: 10,6 ±1,1; 14,4±1,0; 15,3±1,7 70⁄0000 təşkil etmişdir. Digər rayonlarda (Dağlıq Şirvan, Aran və Quba-Xaçmaz) müraciətlərin tezliyi daha yüksək olmuşdur (15,5±1,7 – 29,8 ±3,170⁄0000.

Yekun
Azərbaycanda görmə orqanının travmaları ilə bağlı oftalmoloji yardımın III etapında təcili və təxirəsalınmaz ilkin müraciətlərin səviyyəsi 21,2±0,480⁄0000 təşkil etmişdir. Ölkənin respublika tabeli rayon və şəhərlərində bu göstərici 7,5±1,490⁄0000 ilə 47,1±10,530⁄0000 arasında dəyişmişdir.

Downloads

Download data is not yet available.

Published

2025-04-08

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Hacıyeva B.X. 2025. GÖRMƏ ORQANININ TRAVMALARI ZAMANI TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ OFTALMOLOJİ YARDIMIN III ETAPINDA TƏŞKİLİ. The Azerbaijan Journal of Ophthalmology. 17, 52 (Apr. 2025), 9–17. DOI:https://doi.org/10.71110/ajo791020251701520917.
Article Footer

Similar Articles

1-10 of 378

You may also start an advanced similarity search for this article.