ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONU ƏHALİSİNİN OFTALMOLOJİ YARDIMIN III MƏRHƏLƏSİNDƏ STASİONAR YARDIMA TƏLƏBATI

Авторы

  • Hacıyeva B.H.

Açar sözlər:

xəstəxanaya yerləşdirmə, oftalmoloji yardım

Xülasə

Məqsəd – Şəki-Zaqatala iqtisadi rayonu əhalisinin oftalmoloji yardımın III mərhələsində stasionara yerləşdirilmə səbəblərinin həcminin və strukturunun qiymətləndirilməsi.

Material və metodlar
Müşahidə akad. Zərifə 6liyeva adına Milli Oftalmologiya Mərkəzində aparılmışdır. 2019-cu il üçün Balakən (119), Zaqatala (92), Qax (90), Şəki (98), Oğuz (83) və Qəbələ (134) rayonları sakinlərinin xəstəxanaya yerləşdirilməsinə dair bütün materiallar təhlil edilmişdir. Hər 100 min əhaliyə xəstəxanaya yerləşdirmə tezliyi hesablanmışdır.

Nəticə
Səbəblərin strukturu və inzibati rayonların əhalisinin stasionara yerləşdirilmə səviyyəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmişdir. Belə ki, bütün rayonlar üzrə əhalinin stasionara yerləşdirilmə səbəblərinin strukturunda katarakta əsas yeri tutur (Balakəndə 24,4%, Şəkidə 41,8%), digər səbəblərin xüsusi çəkisi xeyli az olub: 4,8-9,2% – torlu qişanın qopması, 5,1-9,6% – torlu qişa damarlarının tıxanması, 5,2-8,4% – makula və arxa qütbün degenerasiyası, 6,0-9,2% görmə orqanının zədələnməsi.

Yekun
Oftalmoloji yardımın III mərhələsində stasionara yerləşdirilmə tezliyinin ən aşağı göstəricisi Şəki rayonunda yerləşən mərkəzin filialında müşahidə olunmuşdur (52,5±5,30/ ), digər rayonlarında isə bu göstərici xeyli yüksəkdir. III mərhələdə müəyyən bölgələrinin əhalisinin stasionara yerləşdirilməsinin fərdi nozoloji səbəblərinin nisbəti bir-birindən fərqlənir, lakin ümumi tendensiya qalır: ilk 5 yeri eyni patologiyalar tutur: katarakta, torlu qişanın qopması, retinal damarların okklyuziyası, makula və arxa qütbün degenerasiyası, göz travmaları.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

24.04.2022

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR