КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПРИМЕНЕНИЯ ПРОСТАГЛАНДИНОВ БЕЗ КОНСЕРВАНТОВ ПРИ ЛЕЧЕНИИ ПАЦИЕНТОВ С ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМОЙ

Authors

  • Курбанова Н.Ф.
  • Гаджиева Н.М.
  • Асланова В.А.

Keywords:

qlaukoma, quru göz sindromu, medikamentoz terapiya

Abstract

Məqsəd – birincili açıqbucaqlı qlaukoma (BABQ) zamanı konservantsız Tafotan və Ksalatan preparatlarının kliniki effektivliyinin müqaisəli qiymətləndirilməsi.

Material və metodlar
6 ay ərzində müşahidə altında I-III mərhələli BABQ 25 xəstə (42 göz) olmuşdur. Pasiyentlər 43-68 yaş arasında olmuşdur, onlardan 16-sı qadın və 9-u təşkil etmişdir. Qruplara birincili olaraq aşkarlanmış xəstələr və digər konservant tərkibli hipotenziv dərmanlardan istifadə edən xəstələr daxil edilmişdir. Xəstələrin qrupa daxilolma meyarı ilk aşkarlanan və əvvəllər konservantlı latanaprost preparatı ilə müalicə almış BABQ pasiyentlərdən ibarət olmuşdur. Müstəsna meyarları isə anamnezində olan buynuz qişa və konyunktivanın iltihabı və distrofk xəstəliklər təşkil olunmuşdur. Kliniki effektivliyin və müalicə nəticəsinin təhlili üçün gözdaxili təzyiq, instillyasiya zamanı diskomfort hissi və xəstələrin müalicə seçimi qiymətləndirilmişdir.

Nəticə
Tədqiqat zamanı I qrupda olan xəstələr tərəfndən Тafotan® 0,0015% preparatının yaxşı qəbul olunduğu, əlavə təsirlərin qeydə alınmadığı müəyənləşdirilib. Tafuprost preparatının qəbulu zamanı diskomfort hissi olmamış və xəstələrin əksəriyyəti onun qəbuluna konservantlı latanoprost preparatının qəbulundan üstünlük vermişlər.

Yekun
Beləliklə, qlaukomalı xəstələrin müalicəsi zamanı konservantsız preparatlar nəyinki daha effektli və təhlükəsiz olur, həm də bu terapiya digərləri ilə müqaisədə gözün ön seqmentinin, buynuz qışa vəziyyətini və xəstələr tərəfndən müalicənin daha rahat qəbul olunmasını yaxşılaşdırır.

Downloads

Download data is not yet available.

Published

2017-01-25

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Курбанова Н.Ф. et al. 2017. КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПРИМЕНЕНИЯ ПРОСТАГЛАНДИНОВ БЕЗ КОНСЕРВАНТОВ ПРИ ЛЕЧЕНИИ ПАЦИЕНТОВ С ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМОЙ. The Azerbaijan Journal of Ophthalmology. 23 (Jan. 2017), 83–87.
Article Footer

Similar Articles

1-10 of 422

You may also start an advanced similarity search for this article.