ВТОРИЧНАЯ ГЛАУКОМА ПОСЛЕ ВИТРЕКТОМИИ С СИЛИКОНОВОЙ ЭНДОТАМПОНАДОЙ

Авторы

  • Рустамбекова Г.Р.
  • Керимов М.И.

Açar sözlər:

ikincili qlaukoma, silikon endotamponada ilə vitrektomiya

Xülasə

Silikon yağı son 40 ildə vitreoretinal cərrahiyyədə daxili tamponada üçün geniş istifadə olunmuşdur. Silikon
endotamponadanm ən ağır fəsadlarından biri ikincili qlaukomanm yaranmasıdır.
Tədqiqatın məqsədi proliferativ diabetik retinopatiyası olan pasientlərdə Silicon endotamponada ilə
vitrektomiyadan sonar yaranmış ikincili qlaukomanm tezliyini araşdırmaq və onun effektiv müalicəsini təyin
etmək olmuşdur.

Material və metodlar
Əsas qrupa 2009-201 lci illərdə Silicon endotamponada ilə vitrektomiya əməliyyatından keçmiş 31 göz daxil
olmuşdur. Kontrol qrupa isə qaz ilə tamponada olunmuş 27 göz daxil olmuşdur.

Nəticə və müzakirələr
Göz daxili təzyiqin (GDT) vitrektomiyadan bir, iki, altı ay və bir il sonraki göstəriciləri öyrənilmişdir. Əsas
qrupda ikincili qlaukoma otuz bir gözdən on ikisində (38,7%), control qrupda isə iyirmi yeddi gözdən yalnız
üçündə (11,1%) yaranmışdır. Silikon qlaukomanm yaranmasının vaxtı da təyin edilmişdir. Məlum oldu ki silikon
endotamponadadan bir ay sonra 3 gözdə (9,7%), 2 aydan sonra səkkiz gözdə (25,8%), 6 aydan sonra 9 gözdə
(29%), 1 ildən sonra isə on iki (38,7%) gözdə yaranmışdır.
Silikon qlaukomalı 12 gözdən 5-də GDT medikametoz terapiya ilə, üç gözdə isə medikametoz terapiya ilə
silikonun tam xaric olunmasından sonra normallaşmışdır. Tək silikon yağın ekstruziyası yalnız iki gözdə GDT-
in normaya enməsinə gətirmişdir. İki gözdə isə silikon yağı ilə yanaşı antiqlaukomatoz cərrahi əməliyyatlar (bir
gözdə sinustrabekulektomiya və bir gözdə Ahmed valvm implantasiyası) icra olunmuşdur ki, bu da GDT-in
normallaşmasma gətirdi.

Yekun:
1. İkincili qlaukomanm inkişaf tezliyini nəzərə alaraq (bizim tədqiqatlarımıza əsasən 38, 7%) proliferativ
diabetik retinopatiyaya dair vitrektomiya zamanı silikon endotamponada ciddi göstərişlər üzrə aparılmalıdır.
2. Silikon tamponadanm müddəti nə qədər çox olarsa, o qədər də GDT yüksəlmə tezliyi artır. Buna görə də
silikonun daha erkən dövrdə kənar edilməsi qlaukomanm inkişaf riskinin enməsinə imkan verir;
3. Silikon qlaukomanm terapiyası, onun inkişafının patogenetik amilləri nəzərə alınaraq, kompleks şəkildə
olmalıdır və silikonun tam ekstruziyası ilə yanaşı GDT azaldan medikamentoz və cərrahi metodlarını
özündə əks etməlidir.
4. Терапия силиконовой глаукомы должна быть комплексной с учетом патогенетических факторов ее
развития, и включать в себя наряду с полной эсктрузией силикона сочетание медикаментозного и
хирургического методов снижения ВГД.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

09.12.2012

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Рустамбекова Г.Р. and Керимов М.И. 2012. ВТОРИЧНАЯ ГЛАУКОМА ПОСЛЕ ВИТРЕКТОМИИ С СИЛИКОНОВОЙ ЭНДОТАМПОНАДОЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 10 (Dec. 2012), 55–59.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 > >>