YENİ NÖV KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ GÖZ YAŞI MAYESİ İLƏ ÖTÜRÜLMƏSİ VƏ OFTALMOLOJİ PERSONAL ÜÇÜN TƏHLÜKƏSİ (ƏDƏBİYYAT İCMALI)

Authors

  • Feyziyeva K.V.
  • Quliyeva M.H.
  • Rüstəmova N.M

Keywords:

COVID-19, koronavirus, virus infeksiyası, koronavirus xəstəliyi, koronavirus 2-nin ağır
respirator sindromu, SARS-CoV-2, yeni növ koronavirus, göz mütəxəssisləri

Abstract

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yeni koronavirus xəstəliyi (COVID-19) meydana
çıxdı və tez bir zamanda bütün dünyaya yayılaraq 4 aydan az bir müddətdə Ümumdünya Səhiyyə
Təşkilatının rəsmi olaraq 11 mart 2020-ci ildə elan etdiyi pandemiyaya səbəb oldu. COVID-19 kəskin
respirator-distress sindroma və hətta ölümə qədər gətirib çıxara bilən olduqca yüksək yoluxuculuğa
malik xəstəlikdir. Onun hava-damcı vasitəsilə ötürüldüyü məlum olsa da, alternativ ötürülmə yollarının
mümkünlüyü haqqında müzakirələr davam etməkdədir. Virusun yayıldığı yeni vaxtlarda onun
infeksiyalaşmış göz yaşı mayesi ilə ötürülməsi mübahisəli olmuşdur. Daha sonra isə bu xəstəliyin göz
yaşı ilə ötürlməsinin mümkünlüyü aşkarlanmışdır.
Bu icmalda, SARS-CoV-2-nin insan göz yaşı mayesində aşkarlanması və ötürülmə yolları
haqqındakı son məlumatlar müzakirə edilir. Gözün açıq səthi respirator xəstəliklərin yoluxması və
ötürülməsi baxımından infeksiya qapısı rolunu oynaya bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə
alaraq, hesab olunur ki, oftalmoloji personal risk qrupuna aiddir və onların bu virusa yoluxma ehtimalı
daha da yüksəkdir.

Downloads

Download data is not yet available.

Published

2020-08-28

Issue

Section

​LITERATURE REVIEWS

How to Cite

[1]
Feyziyeva K.V. et al. 2020. YENİ NÖV KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ GÖZ YAŞI MAYESİ İLƏ ÖTÜRÜLMƏSİ VƏ OFTALMOLOJİ PERSONAL ÜÇÜN TƏHLÜKƏSİ (ƏDƏBİYYAT İCMALI). The Azerbaijan Journal of Ophthalmology. 33 (Aug. 2020), 80–90.
Article Footer

Similar Articles

1-10 of 600

You may also start an advanced similarity search for this article.