HERPES VİRUSU VƏ KORONAVİRUS-2nin (COVID-19) OFTALMOLOJİ XƏSTƏLİKLƏRDƏ ÜMUMİ CƏHƏTLƏRİ (ƏDƏBİYYAT İCMALI)

Авторы

  • Feyziyeva K.V.

Açar sözlər:

herpes virusu, herpetik uveit, COVID-19, koronavirus, virus infeksiyası

Xülasə

Dünya əhalisinin 80%-dən çoxu herpes virusuna yoluxub. Herpes virusunun yoluxması, ötürülməsi bu virusu ifraz edən insan ilə digər fərdin şəxsi, sıx təmasından asılıdır. SARS-CoV-2 virusu da yüksək kontagiozluğa malikdir və ağızdan, burundan olduğu kimi gözlərdən də yoluxa bilər. Gözlərə toxunuş, xüsusən, yapışqanlı və sulanan ifrazat olduqda xəstəliyin yayılmasında iştirak edə bilər.

Bu icmalda, Herpes virusu və SARS-CoV-2-nin oxşar xüsusiyyətləri və ümumi göz əlamətləri haqqında müzakirə edəcəyik. COVID-19u törədən SARS-CoV-2 tək zəncirli RNT virusu, herpesin isə iki zəncirli DNT virusu olmasına və aralarında birbaşa əlaqənin olmamasına baxmayaraq, onlar hər ikisi vasitəçi T-immun cavab hüceyrələrinə malikdirlər. COVID-19un göz fəsadları digər oftalmoviruslara, o cümlədən Herpes infeksiyasına bənzəyir. Virus infeksiyasına şübhə yarandıqda onu dəqiq təyin etmək üçün laborator və kliniki analizlər aparılmalıdır. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

25.05.2021

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>