VAXTINDAN ƏVVƏL DOĞULMUŞLARIN AQRESSİV RETİNOPATİYASINDA TƏKRARLANAN İNTRAVİTREAL ANTİ-VEGF TERAPİYASININ UZUNMÜDDƏTLİ NƏTİCƏLƏRİ (KLİNİK HAL)

Müəlliflər

Açar sözlər

vaxtından əvvəl doğulmuşların aqressiv retinopatiyası, optik koherens tomoqrafiyası, xarici hüdudi membran, tor qişanın inkişafı

Xülasə

Vaxtından əvvəl doğulmuşların aqressiv retinopatiyası (AP-ROP) sürətlə proqressivləşən forması olub, zamanında müalicə edilmədikdə əlverişsiz anatomik və görmə nəticələrinin inkişafı ilə bağlı yüksək risk daşıyır.

Damar endotel böyümə faktoru əleyhinə (anti-VEGF) müalicəsi AP- ROP-un müalicəsində mühüm terapevtik üsullardan birinə çevrilmişdir. 30 gün fasilə ilə tətbiq edilmiş iki intravitreal anti-VEGF inyeksiyası ilə müalicə olunmuş AP-ROP olan bir uşaqda uzunmüddətli struktur və funksional nəticələri təqdim edirik. Müalicə nəticəsində “plus” xəstəliyi və neovaskulyar aktivliyin sürətli geriləməsi müşahidə olunmuş, ardınca isə tor qişanın damarlarının tədricən fizioloji vaskulyarizasiyası baş vermişdir. Altı yaşına qədər aparılan uzunmüddətli müşahidə xəstəliyin tam reqressiyasını göstərmiş, maksimal korreksiya olunmuş görmə itiliyi (MKGİ) 1,0 (logMAR 20/20) olmuşdur.

Optik koherens tomoqrafiyası (OKT) zamanı, xarici hüdudi membran (XHM) və ellipsoid zonası (EZ) daxil olmaqla, xarici tor qişa təbəqələrinin zədələnməsi və daxili retinal arxitekturunda yalnız kiçik dəyişikliklər müşahidə edildi. Bu klinik hal aqressiv ROP zamanı vaxtında aparılmış anti-VEGF müalicəsi nəticəsində uzunmüddətli əlverişli anatomik və funksional nəticələrin əldə olunma potensialını göstərir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

07.07.2026

Nömrə

Bölmə

KLİNİK MÜŞAHİDƏLƏR

Necə istinad edilir

[1]
Kazımova L.Ə. and Rüstəmxanlı A.M. 2026. VAXTINDAN ƏVVƏL DOĞULMUŞLARIN AQRESSİV RETİNOPATİYASINDA TƏKRARLANAN İNTRAVİTREAL ANTİ-VEGF TERAPİYASININ UZUNMÜDDƏTLİ NƏTİCƏLƏRİ (KLİNİK HAL). Azərbaycan Oftalmologiya Jurnalı. 18, 57 (Jul. 2026), 51–58.
Article Footer

Oxşar məqalələr

1-10 : 379

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.