KERATOKONUSUN MÜALİCƏSİNDƏ KROSLİNKİNQ VƏ TOPOQRAFİK FOTOREFRAKTİV KERATEKTOMİYANIN MÜŞTƏRƏK TƏTBİQİNİN NƏTİCƏLƏRİ
Açar sözlər:
Keratokonus, kroslinkinq, topoqrafk keratektomiyaXülasə
Məqsəd – keratokonusun müalicəsində kroslinkinq və topoqrafk keratektomiyanın müştərək tətbiqinin nəticələrinin təhlili.
Material və metodlar
Tədqiqata akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən II-III mərhələdə olan keratokonus diaqnozu qoyulan 32 xəstə (32 göz) daxil edilmişdir. Həmin xəstələrdə korneal kollagen kroslinkinq (CXL) əməliyyatı, daha sonra buynuz qişanın topoqrafk fotorefraktiv keratektomiyası tətbiq olunmuşdur.
Nəticə
CXL-dən sonra görmə itiliyi korreksiyasız 0,16±0,03-dən 0,23±0,04-ə qədər, əlavə olaraq TopoFRK tətbiqindən sonra isə 0,23±0,04-dən 0,51±0,03-ə qədər yüksəlmişdir. Maksimal korreksiya isə görmə itiliyinin dinamikası daha yüksək nəticələrlə təzahür olunmuşdur: əməliyyatlardan öncə 0,36±0,04 səviyyəsində olan görmə itiliyi CXL-dən sonra 0,43±0,04 səviyyəsinə, TopoFRK–dan sonra isə 0,85± 0,04 səviyyəsinə çatdırılmışdır.
Yekun
Beləliklə, keratokonusun müalicəsində CXL və TopoFRK əməliyyatlarının kombinəolunmuş variantında efektli olması sübut olunur. Əməliyyatların pozitivliyi həm görmə funksiyasının yaxşılaşması, həm də buynuz qişanın topoqrafk, keratometrik göstəricilərinin dinamikasında özünü biruzə verir.