ТЕЧЕНИЕ ХРОНИЧЕСКОГО ГЛАЗНОГО ИШЕМИЧЕСКОГО СИНДРОМА ПРИ САХАРНОМ ДИАБЕТЕ II ТИПА

Авторы

  • Махкамова Д.К.

Açar sözlər:

işemik göz sindromu, görmə orqanı, diaqnostika, II tip şəkərli diabet

Xülasə

Məqsəd – II tip şəkərli diabet zamanı xroniki işemik göz sindromu gedişatının xüsusiyyətlərini öyrənmək.

Material və metodlar
Müşahidə altında 58-71 yaşında 27 xəstə olmuşdur. Bütün pasiyentlərə “işemik göz sindromu” diaqnozu qoyulmuşdur. Həmin tədqiqata “II tip şəkərli diabet” patologiyası ilə müşayiət edilən pasiyentlər daxil olmuşdur.

Nəticə
Həm instrumental, həm də ki laborator məlumatların öyrənilməsi göstərmişdir ki, şəkərli diabetlə müşayiət edilən işemik göz sindromunun yaranması orqan və sistemlərin ümumiləşdirilmiş zədələnməsi hesabına xəstəliyin gedişatını ağırlaşdıra bilər. Həmçinin qlyukozanın yüksək səviyyəsinin patoloji təsiri ilə bərabər lipoproteidlərin qandan aşağı və çox aşağı sıxlığını qeyd etmək lazımdır, bütün bunlar görmə orqanı, beyin və ürək damarlarında hemodinamikanın pisləşməsi səbəbindən xəstəliyin gedişatını ağırlaşdırırlar.

Yekun
II tip şəkərli diabet zamanı xroniki işemik göz sindromunun inkişafı həm oftalmologiya, həm də endokrinologiyanın vacib problemlərindəndir, çünki həmin pasiyentlərin diaqnostikası, müalicəsi və aparılması xüsusi diqqət tələb edir. Qeyd etmək lazımdır ki, şəkərli diabetlə müşayiət edilən işemik göz sindromu zamanı kardio- və serebrovaskulyar fəsadların inkişafının rolu mühümdür, çünki görmə funksiyaların, görmə orqanı damarlarının, tor qişa və görmə siniri diskinin vəziyyətinin pisləşməsinə səbəb olur, bu isə öz növbəsində hormonlar və damargenişləndirici vasitələr daxil olmaqla geniş terapiyanın tətbiqi imkanlarını ixtisar edərək, xəstəliyin gedişatını ağırlaşdırır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

12.02.2016

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Как цитировать

[1]
Махкамова Д.К. 2016. ТЕЧЕНИЕ ХРОНИЧЕСКОГО ГЛАЗНОГО ИШЕМИЧЕСКОГО СИНДРОМА ПРИ САХАРНОМ ДИАБЕТЕ II ТИПА. Azərbaycan Oftalmologiya Jurnalı. 20 (Feb. 2016), 106–110.