OFTALMOLOGİYADA ARNOLD-KİARİ SİNDROMU (KLİNİK HALLAR)

Müəlliflər

Açar sözlər

Arnold-Kiari sindromu, optik koherent tomoqrafiya, optik sinir, maqnit rezonans tomoqrafiya

Xülasə

Arnold-Kiari sindromu kəllənin arxa çuxurunun (posterior kranial fossa) ölçüləri ilə beyin strukturlarının yerləşməsi arasındakı uyğunsuzluq nəticəsində yaranan, beyinciyin (serebellum) və beyin kötüyünün (serebrum) onurğa kanalının (spinal kanal) böyük dəliyindən (foramen) aşağıya doğru yerdəyişməsi ilə xarakterizə olunan patologiyadır.

Məqsəd – Arnold-Kiari malformasiyasının oftalmologiyada diferensial diaqnostikasına kompleks yanaşmanın nəticələrini iki xəstənin nümunəsi əsasında qiymətləndirmək.

Material və metodlar
Arnold-Kiari malformasiyası ilə 2 pasiyent (4 göz) əsas oftalmoloji metodlar ilə yanaşı optik koherens tomoqrafiya (OKT) üsulu vasitəsilə müayinə edilmişdir.

Nəticələr
Arnold-Kiari sindromunun heç bir patoqnomonik simptomu yoxdur; diaqnostika yalnız neyrovizualizasiya üsulları ilə mümkündür. Görmə sinirin diskinin iltihab, durğunluq əlamətləri və ya atrofiyası hallarında oftalmoloq ilk növbədə xəstəni maqnit-rezonans tomoqrafiya (MRT) və ya kompüter tomoqrafiya (KT) müayinələrinə yönləndirməlidir. Müvafiq oftalmoloji dəyişikliklərin erkən mərhələdə müəyyən edilməsi və neyrovizualizasiya müayinə üsullarının tətbiqi bu anomaliyanın vaxtında aşkar edilməsinə imkan verir.

Yekun
Müasir diaqnostika və müalicə yanaşmaları müxtəlif ixtisas sahələrinin – oftalmoloqların, radioloqların və nevroloqların – sıx əməkdaşlığını tələb edir və həkimlər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Təqdim olunan klinik hallar Arnold-Kiari sindromuna məxsus əlamətlərini, o cümlədən çəpgözlük və görmə sinirinin durğunluğunu nümayiş etdirmiş, bu da MRT müayinəsi ilə təsdiq edilmişdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

KLİNİK MÜŞAHİDƏLƏR

Necə istinad edilir

[1]
Konovalova N.V. et al. 2026. OFTALMOLOGİYADA ARNOLD-KİARİ SİNDROMU (KLİNİK HALLAR). Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 105–113.
Article Footer

Oxşar məqalələr

21-30 : 171

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.