OPTİK KOHERENS TOMOQRAFİYANIN VASİTƏSİ İLƏ SUBKLİNİK KERATOKONUSUN ERKƏN AŞKARLANMASI (ƏDƏBİYYAT İCMALI)

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo7910202517025391100

Açar sözlər

subklinik keratokonus, optik koherens tomoqrafiya, yatrogen keratektaziya, buynuz qişanın epitelial qalınlıq xəritəsi, tibbi diaqnostik cihazlar

Xülasə

Xüsusilə, refraktiv cərrahiyyə öncəsi aparılan skrininq zamanı son illərdə buynuz qişanın epitelinin qalınlıq xəritəsinin qiymətləndirilməsi həm kliniki, həm də elmi araşdırma baxımından mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Epitel paximetriyasının yerli və ya diffuz topoqrafik pozuntuları, həm ümumi buynuz qişanın refraktiv gücünə əhəmiyyətli dərəcədə təsir göstərə bilər, həm də bəzi hallarda əsas stromal pozuntuları maskalaya bilər. Buna görə də, buynuz qişanın epitelini və stromasını ayrıca təhlil etmək keratokonusun diaqnozu üçün əlavə məlumat verə bilər. Fokal epitelial qalınlıq variasiyasının ön seqment yüksək-rezolüsiyalı optik koherens tomoqrafiya (ÖS- OKT) vasitəsi ilə dəyərləndirilməsi normal topoqrafiyalı və normal klinik göstəriciləri olan gözlərdə keratokonusun çox erkən mərhələdə identifikasıyasında daha həssas bir üsul hesab olunur. Bu isə xəstəliyin erkən diaqnostikasında, xüsusən yatrogen keratektaziyanın profilaktikası və müalicəsində düzgün taktikanın seçilməsi baxımından mühüm aktuallıq kəsb edir. Buynuz qişanın epitelin təsviri refraktiv cərrahın arsenalında vacib və mütləq olan vasitədir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

17.06.2025

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Necə istinad edilir

[1]
Rəcəbli R.X. 2025. OPTİK KOHERENS TOMOQRAFİYANIN VASİTƏSİ İLƏ SUBKLİNİK KERATOKONUSUN ERKƏN AŞKARLANMASI (ƏDƏBİYYAT İCMALI). Azərbaycan Oftalmologiya Jurnalı. 17, 53 (Jun. 2025), 91–100. DOI:https://doi.org/10.71110/ajo7910202517025391100.
Article Footer

Oxşar məqalələr

1-10 : 333

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.