QAZANILMIŞ İMMUNÇATIŞMAZLIĞI SİNDROMU FONUNDA RETİNİTLƏRİN KLİNİK XÜSUSİYYƏTLƏRİ VƏ MÜALİCƏSİ

Müəlliflər

Açar sözlər

QİÇS, İİV, infeksion retinit, CD4+ limfositlər, antiretrovirus terapiya, tor qişa qopması

Xülasə

Qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) fonunda inkişaf edən infeksion retinitlər ağır görmə itkisi ilə nəticələnən mühüm oftalmoloji ağırlaşmalardandır. Yüksək aktiv antiretrovirus terapiyanın (HAART) tətbiqinə baxmayaraq, gec diaqnostika və müalicədən imtina hallarında baş verən xəstəlik hələ də aktuallığını saxlayır.

Məqsəd – QİÇS ilə xəstələrdə infeksion retinitlərin klinik xüsusiyyətlərini və müalicə nəticələrini qiymətləndirmək.

Material və metodlar
Tədqiqata QİÇS fonunda göz dibi dəyişiklikləri olan 17 xəstə (orta yaş 34,5 ± 4,29) daxil edilmişdir. Xəstələrə vizometriya, biomikroskopiya, oftalmoskopiya, göz dibinin fotoqrafiyası, B-skan müayinəsi və optik koherens tomoqrafiya (OKT) aparılmışdır. Laborator müayinələrə İİV statusu, sitomeqalovirus, sifilis törədicisi, herpes virusları və CD4+ limfositlərin səviyyəsinin təyini daxil edilmişdir. Bütün xəstələr antiretrovirus terapiya və etioloji müalicə almışdır.

Nəticələr
Klinik və laborator qiymətləndirmə əsasında xəstələrdə virus və bakterial mənşəli retinit formaları müəyyən edilmişdir; halların 82,4%-də proses ikitərəfli olmuşdur. Orta CD4+ səviyyəsi 60,82 ± 15,4 hüceyrə/mm3 təşkil etmişdir. Müalicədən sonra orta görmə itiliyi 0,31 ± 0,08-dən 0,35 ± 0,08-ə yüksəlmişdir. 61,3% gözdə görmə funksiyasının yaxşılaşması müşahidə olunmuşdur. 5 gözdə reqmatogen tor qişa qopması qeydə alınmışdır.

Yekun
Qazanılmış immunçatışmazlığı sindromu olan xəstələrdə infeksion retinitlərin erkən diaqnostikası və kompleks müalicəsi görmə funksiyalarının qorunması üçün həlledici əhəmiyyət daşıyır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Məcidova S.R. et al. 2026. QAZANILMIŞ İMMUNÇATIŞMAZLIĞI SİNDROMU FONUNDA RETİNİTLƏRİN KLİNİK XÜSUSİYYƏTLƏRİ VƏ MÜALİCƏSİ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 49–56.
Article Footer

Oxşar məqalələr

51-60 : 266

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.