ПРИМЕНЕНИЕ ИНТЕРЛЕЙКИНА-10 В ЛЕЧЕНИИ ЭКСПЕРИМЕНТАЛЬНОГО УВЕИТА

Müəlliflər

  • Зборовская А.В
  • Величко Л.Н.
  • Насинник И.О.
  • Пасечникова Н.В.
  • Богданова А.В.
  • Дорохова А.В.

Açar sözlər

eksperimental uveit, interleykin 10, immunoloji effektlər

Xülasə

Məqsəd – eksperimental uveit zamanı interleykin-10-nun intravitreal yeridilməsinin effektivliyini qiymətləndirmək.

Material və metodlar
Tədqiqatlar 16 dovşan üzərində aparılmışdır. Uveit modelinin yaradılması zamanı heyvana at zırdabı ilə ümumi sensibilizasiya keçirilmişdir. Eksperimentin aparılması üçün heyvanlar iki qrupa bölünmüşdür, hər qrupda 8 dovşan. Birinci qrupda gün ərzində yol verilən dozanın ön kameraya yeridilməsindən öncə 0,05 ml İL-10 intravitreal yeridilmişdir. İkinci qrupda (kontrol) interleykin tətbiq edilməmişdir. Müşahidə dövrü 5 həftə təşkil etmişdir. İmmunoloji müayinə zamanı leykositlər, limfositlər, T-limfositlər, T-limfositlər-helperlər, T-limfositlər-supressorlar, immuntənzimedici əmsal, B-limfositlər, təbii killerlər və neytrofllərin faqositar aktivliyi müəyyən edilmişdir. Məlumatların statistik işlənməsi «Statistica 7.0» proqramının istifadəsi ilə aparılmışdır. Standart normadan kənara çıxmanın orta rəqəmi təyin edilmişdir (М±SD). Р<0,05 qiyməti səviyyəsində fərqlər statistik dürüst hesab edilmişdir.

Nəticə
İnterleykin-10-nun yeridilməsi göz almasında iltihabi prosesin azalmasına səbəb olmuşdur. Bu zaman kontrol qrupda iltihabi prosesin güclənməsi qeyd edilmişdir (qarışıq inyeksiya, buynuz qişanın ödemi, presipitatlar, ön kamera mayesinin opalessensiyası (Tindal fenomeni “+++”)). İmmunoloji müayinə zamanı kontrol qrupla müqayisədə leykositlər, T-limfositlər və T-limfositlər-helperlər səviyyəsinin əhəmiyyətli dərəcədə enməsi, eləcə də neytrofllərin faqositar aktivliyinin əhəmiyyətli dərəcədə artması qeyd edilmişdir.

Yekun
Dovşanlarda autoimmun uveit modeli üzərində aparılan eksperimental tədqiqat göstərmişdir ki, interleykin-10- nun yeridilməsi iltihabəleyhinə və immunmodullaşdırıcı effekt göstərir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

04.07.2017

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Зборовская А.В et al. 2017. ПРИМЕНЕНИЕ ИНТЕРЛЕЙКИНА-10 В ЛЕЧЕНИИ ЭКСПЕРИМЕНТАЛЬНОГО УВЕИТА. Azərbaycan Oftalmologiya Jurnalı. 24 (Jul. 2017), 30–36.
Article Footer

Oxşar məqalələr

1-10 : 65

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.