BİRİNCİLİ AÇIQ BUCAQLI QLAUKOMADA “PRESERFLO” MİKROŞUNT İMPLANTASİYASI ÜZRƏ TƏCRÜBƏMİZ

Müəlliflər

Açar sözlər

PRESERFLOTM mikroşunt, birincili açıq bucaqlı qlaukoma, gözdaxili təzyiq, minimal invaziv qlaukoma cərrahiyyəsi

Xülasə

Qlaukomanın drenaj cərrahiyyəsi sahəsində mühüm nailiyyətlərdən biri minimal invaziv drenaj sistemləridir. Bu üsullar cərrahi travmanı və əməliyyatdan sonrakı ağırlaşmaları azaltmaqla yanaşı, gözdaxili təzyiqin (GDT) effektiv şəkildə aşağı salınmasını təmin edir. “PRESERFLOTM MicroShunt” göz daxili mayesinin axınını yaxşılaşdırmaq üçün hazırlanmış minimal invaziv drenaj vasitəsidir. Qısa müddətli nəticələr ümidverici olsa da, onun klassik cərrahi üsullarla müqayisəli effektivliyi barədə məlumatlar məhduddur.

Məqsəd – mikroşunt implantasiyasının müstəqil GDT-i azaldan üsul kimi effektivliyini Fedorov–Kozlov metoduna əsasən icra edilən standart nüfuz etməyən dərin sklerektomiya (NEDS) ilə müqayisəli qiymətləndirmək.

Material və metodlar
Bu açıq prospektiv tədqiqata, refrakter hallar da daxil olmaqla, birincili açıq bucaqlı qlaukoması olan 16 xəstə daxil edilmişdir. Xəstələr iki qrupa bölünmüşdür: I qrupda (n = 8) – “Mitomisin C” tətbiqi ilə “PreserFlo” microşunt implantasiyası, II qrupda isə (n = 8) – NEDS əməliyyatı icra edilmişdir. Qruplar arasında ilkin klinik göstəricilər müqayisə edilə bilən səviyyədə idi (p > 0,05). Xəstələr 12 ay ərzində müşahidə edilmişdir. Əməliyyat sonrası qiymətləndirməyə maksimal korreksiya olunmuş görmə itiliyi, perimetriya, GDT təyini, biomikroskopiya, gonioskopiya, göz dibinin müayinəsi, ön seqmentin optik koherens tomoqrafiyası və ultrasəs biomikroskopiyası daxil edilmişdir.

Nəticələr
I qrupda orta GDT əməliyyatdan əvvəl 31,0 ± 3,7 mmHg-dən əməliyyatdan sonrakı 1-ci gündə 9,4 ± 1,8 mmHg-ə enmiş və 1 il sonra 16,3 ± 4,1 mmHg səviyyəsində stabilləşmişdir. II qrupda isə GDT 29,0 ± 4,1 mmHg-dən 1-ci gündə 16,5 ± 2,8 mmHg-ə düşmüş və 1 il sonra 19,6 mmHg-ə yüksəlmişdir. Müşahidə dövründə heç bir xəstədə əlavə hipotenziv dərmanlara ehtiyac yaranmamışdır. II qrupda 25% hallarda əlavə lazer müdaxiləsi tələb olunmuşdur. Hər iki qrupda görmə funksiyaları və optik sinir diski göstəriciləri stabil qalmış, heç bir əməliyyatdaxili və ya əməliyyatdan sonrası ağırlaşma müşahidə edilməmişdir.

Yekun
Bir illik müşahidə dövründə “PreserFlo” microşunt implantasiyası NEDS ilə müqayisədə GDT-ə daha effektiv nəzarət, təhlükəsizlik və əlavə müdaxilələrə daha az ehtiyac olması ilə qiymətləndirilə bilər. Bu cərrahiyyə üsulu refrakter birincili açıq bucaqlı qlaukoma hallarında tövsiyə edilə bilər. Bununla belə, uzunmüddətli effektivlik və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac vardır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Aligadgyeva L.G. et al. 2026. BİRİNCİLİ AÇIQ BUCAQLI QLAUKOMADA “PRESERFLO” MİKROŞUNT İMPLANTASİYASI ÜZRƏ TƏCRÜBƏMİZ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 17–22.
Article Footer

Oxşar məqalələr

11-20 : 203

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.