РОЛЬ КОРРЕКЦИИ СМЕШАННОГО АСТИГМАТИЗМА В ПРОГРЕССИРОВАНИИ МИОПИЧЕСКОГО МЕРИДИАНА У ДЕТЕЙ ШКОЛЬНОГО ВОЗРАСТА
Xülasə
Məqsəd – məktəbyaşlı uşaqlarda miopik meridianın proqressivləşməsinə qarışıq astiqmatizmin korreksiyasının və aparat müalicəsinin təsirini öyrənmək.
Material və metodlar
Tədqiqatda 6-14 yaş arası 68 məktəbli uşaqlar müşahidə altında olmuşdur. Məhz bu yaş qrupu pasiyentlərdə günbəgün görmə yüklənmənin artımı qeyd olunur. Həddindən artıq yüklənmə zamanı isə xroniki göz yorğunluğu inkişaf edir, hansı ki, görmə sisteminin dezadaptasiyasına səbəb olur. Həmin vəziyyət astenopik şikayyətlərin mövcudluğu, iş qabiliyyətinin durğunlu enməsi, akkomodasiya spazmınadək siliar əzələnin hipertonusunun mövcudluğu kimi əlamətlərlə səciyyələnir. Bütün xəstələrə görmə itiliyinin, refraksiyanın və sikloplegiyadan əvvəl və sonra göz dibinin müayinəsi aparılmışdır. Refraksiyanın müayinəsi skiaskopiya və oftalmorefraktometriya vasitə ilə yerinə yetirilmişdir. Refraksiya dərəcəsinin aşkarından sonra daim istifadə üçün eynək korreksiyası təyin edilmişdir. Müayinə dövrü ərzində məktəbli uşaqlara maqnitostimulyasiya və lazerstimulyasiya, «ручеек» aparatında məşqlərdən ibarət ambulator və medikamentoz müalicə aparılmışdır. Məktəb yaşlı uşaqların miopik astiqmatizmin dərəcəsinə görə müayinəsi müalicədən əvvəl və 2,5-3 il sonra aparılmışdır.
Nəticələr
Hər iki qrupda alınan nəticələrin müqayisəsi zamanı ambulator müalicə ilə yanaşı qarışıq astiqmatizmin daimi korreksiyası tətbiq olunmuş birinci qrupda miopik astiqmatizmin bir qədər sabitliyi aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, korreksiya daim istifadə edilməmiş ikinci qrupda miopik astiqmatizm dərəcəsinin daha çox proqressivləşməsi baş vermişdir.
Yekun
Alınan nəticələr əsasında qarışıq astiqmatizm ilə məktəb yaşlı uşaqlara akkomodasiyanın və konvergensiyanın gərginliyindən qaçınmaq üçün daimi korreksiyadan istifadə etmək məsləhətdir. Ambulator müalicənin keçirilməsi həmçinin akkomodasiya və konvergensiya ehtiyatının artmasına şərait yaradır, bu da öz növbəsində, miopik astiqmatizmin proqressivləşməsini ləngidir və ya qarşısını alır.